Mənim əzizlərim, bildiyiniz kimi kəlağayı haqqında 5 kitabın işıq görməsinə nail olmuşuq, kəlağayı ədəbiyyatı yaratmışıq.



Kitabların hamısı da uğurlu alınıb, dövlətimizin dəstəyi ilə Azərbaycanın bütün bölgələrində, Naxçıvan MR- nın ali məktəblərində, Naxçıvan Qızlar Lisseyində, Naxçıvan MR, 15 saylı məktəbdə, Ordubadda, Culfada, Kəngərlidə - ümumtəhsil məktəblərində, mədəniyyət və təhsil ocaqlarında təqdimatı keçirilib, geniş təbliğ olunub. 
Yeni bir ideya düşünmüşəm.  Kəlağayımızı yetərincə, bacardığımız qədər təbliğ edirik, bu yolda can qoyuruq. Daha geniş təbliğ etmək üçün  yeni bir kitabın işıq üzü görməsinə start veririk.  Kitabın adı '' Kəlağayımız 
nənələrdən analara, analardan qız- gəlinlərə'' olacaq. Bir neçə şəkil fərqli kəlağayılarda, nənələrlə,analarla, nəvələrlə, qız-gəlinlərinizlə şəkillər olsun, bir nəfərin tək şəkili və tərcümeyi halı olacaq. Şəkillər keyfiyyətli olmalıdl. Hər kəsə 1 səhifə ayrılacaq. Kitab kitabxanalara, Heydər Əliyev Fonduna, dövlət qurumlarına təqdim olunacaq. Təqdimat keçirdiyimiz regionlarda rəhbərliyə təqdim olunacaq. 
26 Noyabrda keçirəcəyimiz final konsertdə də təqdimatl olacaq. Hər kəsə bir kitab təqdim olunacaq. 
Kitabda yer almaq istıyənlər mənim vatçap nömrəmlə əlaqə saxlasın.
Nəzərinizə çatdırım ki, kitab müəlliflərin hesabına işıq üzü görəcək.
Əlaqə nömrəm- 051 622 51 13
Xahiş edirəm, zəng etməyin, vatçapa yazın.

Hiç yorum yok:

Yorum Gönder

Pages