Milli qəhrəman Məzahir Rüstəmov un ad günüdür



Bu gün Azərbaycanın Milli qəhrəmanı Məzahir Rüstəmovun doğum günüdür. Məzahir İzzət oğlu Rüstəmov 1960-cı il martın 2-də Bakı şəhərində anadan olub. O, 1992-ci ildə könüllü olaraq müharibəyə gedib, Gədəbəyin Şınıx bölgəsində bir zabit kimi vuruşub, vzvod komandiri olub. Düzrəsullu, Mutudərə və digər kəndlərin müdafiəsində iştirak edib. 1992-ci il avqustun 6-da ermənilərin Mutudərə kəndinə hücumunun qarşısını almaq üçün döyüşə rəhbərlik edib, son nəfəsinə qədər döyüşüb, sonda düşmənin əlinə keçməmək üçün özünü qumbara ilə partladaraq qəhrəmancasına həlak olub. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Gədəbəy rayonunda abidəsi ucaldılıb. 

Hiç yorum yok:

Yorum Gönder

Pages