Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan,yüksək peşəkarlığı, humanistliyi, vətənpərvərliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü DİN-in Daxili Qoşunlarında kecirmiş, 1998- 2022- ci ilərdə isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)Suraxanı rayon şöbəsinin üzvü və sədr müavini vəzifəsini İayiqincə yerinə yetirmiş mayor Qasımov Məqsəd Məhəmməd oğlunun avqust ayının 21-də vəfatından 2 il ötür.
Təbiətcə sakit, təmkinli,işgüzar,ailəsinə bağlı,qohumcanlı,hamıya əl tutan,heckimin xətirinə dəyməyən,həddindən artıq Vətəninə,Xalqına bağlı gözəl və xeyirxah insan Qasımov Məqsəd Məhəmməd oğlu 1956-cı ildə fevral ayının 2-də Ağstafa rayonunun Sadaqlı kəndində zəhmətkeş ailədə anadan olmuşdur.
Mayor Məqsəd Qasımovun oğlu ehtiyatda olan mayor Rövşən Məqsəd oğluda atasının yolunu davam etdirərək, Cəmşid Naxcvanski hərbi liseyi, Heydər Əliyev adına ali hərbi məktəbi və Daxili Qoşunların hərbi məktəbində zabit heyətinin ixtisas artma kursunu bitirdikdən sonra Din-in Daxili Qoşunların hərbi hissələrində taqım, komandiri, bölük komandiri və tabor qərargahının rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Əhətəsində olan insanların,döyüşcü və iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarlıq göstərən,dostlarına, yaxınlarına isti münasibətdə olan Məqsəd Qasımov 1973-cü ildə Qazax rayonun Sadaqlı kənd orta məktəbi, 1977-ci ildə Bakı Plan-Uçot texnikomunu, 1980-ci ildə isə Sovet ordusunda xidmət etdiyi illər ərzində Volqoqrad mühəndis -istehkam (sapyor) məktəbi bitirmişdir.
Məqsəd Qasımov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim-metodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə,nümnəvi -göstərici məşğələlərdə, komando-qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak etmişdir.
Cəsarətli,sədaqətli,zəhmətkeş,böyük və kicik yerini bilən,öz işini dərindən sevən, verdiyi vədi həmişə dəqiq yerinə yetirən Məqsəd Qasımov 1992-1998-ci illərdə Din-in Daxili Qoşunların Binəqədi, Ağdam, Ağdərə və Füzuli rayonlarında yerləşən hərbi hissələrdə mühəndis- istehkam taqım və böluk komandiri, alayın mühəndis xidməti rəisi, Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığ əsasnamənin ı idarəsində isə mühəndis xidmətinin ilk rəisi vəzifələrində, Millətə Vətənə və Xalqa ləyaqətlə xidmət etmişdir.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimayət arasında özünə layıq hörmət qazanmış Məqsəd Məhəmməd oğlu Qasımov Azbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində tabeliyindəkilər ücün daimi nümnə olmuşdur.
Heç kəsi özündən incitməyən,xoş rəftarı və şirin dili hərkəslə doğmalıq yaradan Məqsəd Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində, respublikada cinayətkarlığa qarşı mübarizədə,dövlət obyektlərin və hərbi təchizat anbarların və şəhərciklərin mühafizə olunmasında,şəhərlərdə, yaşayış məntəqələrdə və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, quraşdırımış partlayıcı qurğuların axtarılmasında və zərərləşdir ilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər zamanı və başqa fövqaladə (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən məsul vəzifələri hər zaman layiqincə yerinə yetirən, öz ixtisasını bilən təcürbəli zabit olmuşdur.
Məqsəd Məhəmməd oğlu Qasımov Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsində mühəndis xidmətinin rəisi vəzifələrində xidmət etdiyi illər ərzində mühəndis xidməti üzrə bir çox zabitlərin, gizirlərin və kicik mütəxəssislərin hazırlanmasında xüsusi əməyi olmuşdur.
Məqsəd Qasımov “Hərbi xidmətkecmə haqqında” 156 cı maddəsinin v) bəndinə əsasən xəstəliyi ilə əlaqədar təqaüdə çıxdıqdan sonra da Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin üzvü və sədr müavini olduğu illər ərzində də şəxsi heyətin, yeni yetirmələrin hərbi-vətənpərvərlik tərbiyəsində, peşəkarlığının artırılmasında, ordu sıralarından təxris olmuş gənclərin mülki həyata sosial adaptasiya olunması,şəhid ailələri və müharibə veteranları ilə bir cox tədbirlərin kecirilməsi,onların daimi yanlarında olmaları istiqamətində üzərinə düşən ictimai vəzifənin öhtəsindən layiqincə gəlmişdir.
Mayor Məqsəd Qasımov Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak etmiş, ona həvalə olunmuş vəzifə və tapşırıqların vaxtında yerınə yetirilməsində bir cox hərbi qulluqçulara şəxsi nümunə olmuş, öznü bir mühəndis-istehkamcı peşəkar, qəhrəman zabit (böluk kamandiri və xidmət rəisi) kimi göstərmişdir. O, həmin döyüşlərdə mərdlik və şücaət gösərərək düşmənin 8-dən çox tankını, piyada döyüş maşınını, bir necə artileriya qurğusunu (topunu), 2 (iki) ədəd yancaq daşıyan maşınını, 2 (iki) ədəd şəxsi heyətlə dolu olan “Kamaz” markalı maşınını və xeyli sayda canlı qüvvəsini məhv etmiş, düşmən tərəfindən qurşdırılmış yüzlərlə partlayıcı qurğuları zərərləşdirmişdir.Mayor Məqsəd Qasımov Ağdam rayonu uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş, düşmən alayının qərargah rəisinin olduğu tankı izləyərək partlatmış və alayın qərargah rəisini əsir götürmüşdür.
Xidmət vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə Azərbaycan Respublikasının Daxili işlər nazirnın, Daxili qoşunlar komandanın və onun müavinlərinin, Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarə rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə və yubiley döş. nişanları ilə təltif olunub, bir cox fərmanlarla,qiyməti hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırlıb və ona təşəkkur elan edilib
mayor Qasımov Məqsəd Məhəmməd oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcu, xidməti və ictimai vəzifələrini, xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.”İgidliyə görə” medalı ilə;
2.”Qusursuz xidmətlərə görə” medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.“Azərbaycan Respubilkasının Müharibə Veteranı” medalı ilə;
4”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin yaranmasının 25 illiyi (1994-2019) yubiley medalı ilə;
5.” Milli ordunun yaranmasının 100 illiyi (1918-2018)” yuviley medalı ilə.
Mühəndis xidməti üzrə peşəkar və təcrübəli hərbi zabit, səmimi, insanpərvər,zəhməxkeş və xeyirxah insan Məqsəd Qasımovun əziz xatirəsi onu tanyanların qəlbində həmişə yaşayacaqdır.
ALLAH RƏHMƏT ELƏSİN,
MƏKAN I CƏNNƏT OLSUN!!!
QƏBRİ NURLA DOLSUN.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder