Bir gün dünyaya gələn insan bir gün də onu tərk edir.Bu iki gün arasındakı ömür payında onun gördüyü işlər,əməllər,dediyi sözlər,düşündüyü fikirlər,iştirak etdiyi hadisələr insanların xatirəsində qalır.Elə insanlar vardır ki, onlar haqqında xatirələr insanların qəlbinə təsir edir və göz yaşlarına səbəb olur.Belə insanlardan biridə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Naxcvan şəhərində yerləşən hərbi hissənin həyatında öz dəstt-xətti və xüsusi xidmətləri olmuş mayor Əhməd Əhmədov idi. 2023-cü illin may ayının 2 -dən Əhməd Əhmədov aramızda yoxdur,
ədəbiyyata, haqq dünyasına qovuşub.
mayor Əhməd Əhmədov əgər sağ qalsaydı sentyabr ayının 1-də 58 yaşı olacaqdı.Təəssuflər olsun ki,ömür vəfa etmədi.Vaxtilə doğmalarını,yaxın qohumlarını,dostlarını,iş yoldaşlarını,nəcib insanları xatırlayan Əhmədin indi öz xatırlanacaq,şirin duzlu sözləri yada salnacaq.
Əhmədov Əhməd Paşa oğlu 1966 -ci ilin sentyabr ayının 1 -də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur.
1974 -cü ildə Naxçıvan Muxtar Muxtar Respublikasının Naxçıvan şəhərində 6 nömrəli məktəbin birinci sinfinə getmiş, 1984 - cü ildə həmin məktəbi bitirdikdən sonra, 1984 - cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş 1991- ci ildə həmin İnstitutu bitirmişdir.
Mayor Əhməd Əhmədov 1984 - 1986 -ci illərdə SSRİ Müdafiə Nazirliyinin Svastopol şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur .
1991- 2017 - ci illərdə Naxçıvan şəhər Ticarət idarəsində mühasib, Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında isə taqım komandiri və xidmət rəisi vəzifələrində xidmət etmişdir.
Mayor Əhməd Əhmədov peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 27 illk şərəfli xidməti yolununin dörd ilini Naxçıvan şəhər Ticarət İdarəsində, iyrimi üc ilini isə hərbı xidmətdə keçirərək, Vətənə, dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir.
Əhmədov Əhməd Paşa oğlu oğlu Daxili Qoşunların Baş İdarəsinin Naxçıvan şəhərində yerləşən əlahiddə hərbi hissəsində xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bütun şəxsi heyət ücün nümnə olmuşdur.
Əhməd Əhmədov qanuverciliklə müəyyən edilmiş qaydada Din-in Daxili Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvala edilmis vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və qorunmasında,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınması zamanı üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Mayor Əhməd Əhmədov öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin və hərbi hissə komandirinin müvafıq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağdakı medallarla təltif edilib:
1.”Qüsursuz xidmətə görə” 1- ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xudmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı
Qüvvələrin 10 illiyi ( 1991-2001)” yubiley medalı;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” medala;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə .
Heyif ki,biz 2023-cü ilin may ayının 2-də mayor Əhməd Əhmədovu itirdik.Lakin o,qəlblərdə yaşayır və yaşayacaq.
Allah rəhmət eləsin,
məkanı cənnət olsun,qəbri nurla dolsun!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder