Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan məhrum Abdullayev Dünyamin Hacıbala oğlunun 2 sentyabr ad günüdür, əgər yaşasaydı 48 yaşı olacaqdı.
mayor Abdullayev Dünyamin Hacıbala oğlu 1976-cı illin sentyabr ayının 2-də Qax rayonunun Lələli kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur . 2022-ci ilin yanvar ayının 2 -də yol-qəzasında vəfat etmişdir.
Dünyanın Abdullayev 1993 -cü ildə Qax rayonunun Lələli kənd orta məktəbini,1997-ci ildə Baki Alı Birləşmiş komandirlər məktəbini və Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabit heyətinin ixtisas artırma kursunu bitrmişdir.Hərbi təcürbə əldə etmək məqsədi ilə Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəblərində və hərbi hissələrində işgüzar səfərdə olmuşdur.O, Din -in Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox təlim-metodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak etmişdir.
1997-ci ildən 2006- ci ilin dekabr ayının 30-na kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Zaqatala rayonunda və Lənkəran şəhərində yerləşən hərbi hissələrində taqım və böluk komandiri, tabor qərargahnin rəisi,alayın kəşfiyyat xidmətinin rəisi və tabor komandiri vəzifələrində xidmət etmişdir. "Hərbi xidmətkeçmə haqqında" əsasnamənin 156- cı maddəsinin V-bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrinindən ehtiyata buraxılmışdır
mayor Dünyamin Abdullayev peşəkarlığı, humanistliyi,
dəqiqliyi,sadəliyi, işgüzarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 13 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirərək, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Dünyamin Abdullayev Azərbaycan Respublikası Konstitusiyasına, və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün daimi nümunə olmuşdur.
Azərbaycan Respublikasında mühüm dövlət obyektlərin,kommunikasiya qurğuların,xüsusi yüklərin,inzibatı binaların və hərbi təchizat anbarların mühafizəsində, şəhərlərdə,yaşayış yerlərdə və kütləvi tədbirlərin kecirilmə yerlərində post-patrul xidməti vasitəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, terrorculuğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz birləşdirilmiş dəstələrin axtarılmasında ,tutulmasında və zərərsizləşdirilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar ( fövqəladə vəziyyət və komendant xidməti) zamanı hüquqi rejimin təmin edilməsində mayor Dünyamin Abdulayevin üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
O,Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində hərbi hisənin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla, çavuş və əsgərlə komandir,döyüş və ictimai sıyası hazırlığı üzrə məşğələlərin və məşqlərin,xüsusi- taktiki və nümunəvi - göstərici təlimlərin keçirilməsi istiqamətində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
mayor Abdullayev Dünyamin Hacıbala oğlu xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin və hərbi hissənin komandirinin müvafıq əmrləri ilə bir sira medallarla, əla xidmətlərə görə əlaçı, yubley və idman dərəcəsi döş nisanları ilə təltif edilmiş, bir çox fərmanlarla (pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkür elan edilmişdir.
DÜNYAMİN
ALLAH SƏNƏ RƏHMƏT ETSİN,MƏKANIN CƏNNƏT OLSUN. AMİN!
Hiç yorum yok:
Yorum Gönder