Kapitan Mehman Əhmədovun sentyabr ayının 1-də 40 mərasimi olacaq.

 
Peşəkarlığı,səmərəli fəaliyyəti,  humanistliyi,ışguzarlığı,xeyirxahlığı, vətənpərvərliyi,        şəxsi  fədakarlığı, iradi, mənəvi keyfiyyəti,sadəliyi,təvazökarlığı, səmimiyyəti, təşkilatçılıq bacarığı, dəqiqliyi  və təmkinliyi ilə  seçilən, Din -in  Daxili Qoşunların Bas İdarəsinin Ağdərə, Ağdam  və Füzuli rayonlarında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə Millətə,Dövlətə,Vətənə və  Xalqa sədaqətlə xidmət etmiş, Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyinn Bərdə  rayon  şöbəsının üzvü, kapitan  Əhmədov Mehman  Əhməd oğlunun 40 mərasimi  2024 -cü ilin sentyabr  ayının  1-də Bərdə rayonun Qəhrəmanlı kəndində  kecirləcək. 
 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Bərdə rayon şöbəsinin  üzvü,  2-ci (ikinci) qrup müharibə əlili – kapitan   Əhmədov Mehman Əhməd   oğlu   1958- ci ilin  iyun ayının 10-da   Bərdə rayonun Qəhrəmanlı kəndində zəhmətkeş bir  ailədə  anadan olmuşdur.Onun yoxluğu  ailə üzvləri, doğmaları  və yaxınları üçün nə qədər  çətin olsa da, həm də  bir qürur yeri,fəxr  mənbəyidir.Oğlu   Elxan da   atasının  yolunu şərəfllə  davam etdirir. O,Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının  hərbi hissələrinin birində də  mayor  rütbəsində xidmət edir.
Ən çətin  və ağır vəziyyətlərdə  belə,hamıdan birinci  qərar  vermək  imkana malik olan,  kapitan  Əhmədov  Mehman Əhməd oğlu Bərdə  rayonun Qəhrəmanlı kənd orta məktəbini və SSR Ali Hərbi Məktəblərin birini  bitirmişdir.
 Qohum-qonşunun,qohumların, döyüşcü  yoldaşlarının   istəklisi olan, böyük-kiçik  yerini bilən,nizam-intizamlı  və qayğıkeş  insan,  kapitan Mehman Əhmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl   isiqamətində) gedən döyüşlərdə iştirak etmiş və ağır  yaralanmışdır .
Mehman  Əhməd oğlu  Əhmədov  öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin  sözsüz və dəqiq yerinə yetirilməsi işində daimi  nümunə olmuşdur. 
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifələ və tapşırıqlarının  yerinə  yetirilməsində,şəhərdə,
yaşayış
məntəqələrində və kütləvi tədbirlərin keçirilmə  yerlərində    ictimai qaydanın qorunmasında  və ictimai təhlükəsizliyin təmin edilməsində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsidə , yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər  və başqa  fövqalədə hallar  (fövqaladə  vəziyyət və komendat saatı) zamanı  rejim  karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərəzi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
 Kapitan Mehman Əhmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində,yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
Kapitan Mehman Əhmədovun  Daxili Qoşunlarda xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinində isə  ictimai  vəzifələrini yetirən  illər ərzində öz  xidməti və ictimai  vəzifələrinin icrası zamanı xüsusi fəriqləndiyinə görə   Daxili İşlər Nazirnin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin,  təhsil aldığı ali təhsil müəssisə rəislərinn müvafiq əmrləri  bir sira medallarla, əlaçı  və yubiley döş nişanları ilə   təltif olunmuş, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırmış və ona təşəkkür elan edilmişdir. 
Bir daha Daxili Qoşunların rəhbərliyi, Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının ehtiyatda və istefada olan  zabitləri, kollektivi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  rəhbərliyi  Mehmanın  ailəsinə,yaxınlarna səbr diləyir.
Heyf ki, biz  2024-cü ilin iyul ayının 24-  də Mehmanı 66 yaşında  itirdik. Lakin o, qəlblərdə yaşayır və  yaşayacaq.
 Allah Mehmana  rəhmət eləsin, son məkanı cənnət olsun, qəbri nurla dolsun, Tanrı övladlarını və yaxınlarını qorusun!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages