İsmayıllıda AĞIR QƏZA: Ölən və yaralılar var



İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 20-də saat 19 radələrində İsmayıllı rayonu ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Məsarif Rüstəmov ölüb, digər 3 nəfər - Camal Zeynalov, Elnur Bayramov və Valeh Məmmədov xəsarət alıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages