Gürcüstanda tutulan şəxs Azərbaycana gətirildi



Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.

“Bakmiltv.info” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Əmirov Rəşad Ərşad oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Rəşad Əmirovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Rəşad Əmirov Gürcüstanın ərazisində saxlanılaraq 06.08.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages