Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, "Niva" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2009-cü il təvəllüdlü Elmir Eldar oğlu Qurbanov və 2005-ci il təvəllüdlü Eldəniz Məmməd oğlu Məmmədov ciddi xəsarətlər alıblar və xəstəxanaya yerləşdirilib.
"Hadisə yerinə Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub, araşdırma aparılır"-deyə DİN rəsmisi bildirib.
Qeyd edək ki, qəzada xəsarət alan daha 2 nəfərə isə ambulator yardım göstərilib.
Gədəbəy rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Bakmiltv.info"nun Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaradağ kəndində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində yaralanan 4 nəfər xəstəxanaya çatdırılıb.
Onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Hiç yorum yok:
Yorum Gönder