FHN-in Akademiyasının məzunlarının püşkatma yolu ilə vəzifələrə təyinatı olub





Avqustun 5-də Fövqəladə Hallar Nazirliyində qurumun akademiyasını bitirən məzunların nazirlik sistemində mövcud müvafiq vakant vəzifələrə püşkatma yolu ilə təyinatı olub.

Bakmiltv.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Tədbirdə nazirliyin Püşkatma komissiyasının üzvləri, aidiyyəti vəzifəli şəxsləri və FHN yanında İctimai şuranın nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan FHN Püşkatma komissiyasının sədri, nazir müavini general-mayor Adil Abdullayev püşkatma yolu ilə vəzifələrə təyin olunan gənc zabitləri təbrik edərək onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb, fövqəladə hallarla mübarizə üzrə üzərilərinə düşən vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, dövlətimizə və xalqımıza sədaqətlə xidmət edəcəklərinə əminliyini bildirib.

Sonra 2024-cü ildə FHN-in Akademiyasında əyani təhsilini bakalavriat səviyyəsində başa vuran 98 məzun və magistratura səviyyəsində başa vuran 14 məzun vakant vəzifələrin yer aldığı qapalı zərfləri çəkməklə şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında təşkil olunan püşkatma yolu ilə FHN sistemində müxtəlif vəzifələrə təyin ediliblər.

Hiç yorum yok:

Yorum Gönder

Pages