Daha bir müharibə veteranımızı (zabitmizi) itirdik.



Yüksək peşəkarlığı,iradi,səmərəli fəaliyyəti,  humanistliyi,ışguzarlığı,iradi, mənəvi keyfiyyəti,sadəliyi, səmimiyyəti, təşkilatçılıq bacarığı,dəqiqliyi  və təmkinliyi ilə  seçilən, Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının  həyatında öz dəst-xətti və xüsusi xidmətləri  olan,  ömrünün ən məhsuldar  dövrünü  Daxili İşlər Nazirliyinin   Daxili Qoşunların hərbi hissələrində böluk komandiri,xidmət rəisi, hərbi hissə komandirinin maddi texniki təminat xidməti üzrə müavini vəzifələrində Millətə, Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət etmiş,Azərbaycan Respublikasının müharibə veteranı -istefda olan mayor Kərimov  Yaşar Kərim oğlu  2024 ci ilin  avqust   ayının 17 -də uzun sürən xəstəlikdən Masalı rayonun  Hacıtəpə  kəndində  58 yaşında  vəfat edib. Daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan,müharibə veteranı- istefada  olan mayor Yaşar Kərimovun vəfatı ilə bağlı,Daxili Qoşunların  Komandanlığı , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi,    Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların istefada və ehtiyatda olan zabitləri,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Masallı rayon şöbəsinin  idarə heyətinin üzvləri  mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı  verir. 
 Mayor Kərimov Yaşar Kərim oğlu    1966-cı ilin aprel ayının  1-də Masallı rayonun  Hacıtəpə kəndində zəhmətkeş bir ailədə  anadan olmuşdur.
Yaşar Kərimov  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl  rayonları istiqamətində) gedən  döyüşlərdə  fəal iştirak etmişdir 
O, öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin  sözsüz və dəqiq yerinə yetirilməsi işində daimi  nümunə olmuş,Millətə, Dövlətə, Vətənə və Xalqa isə sədaqətlə xidmət etmişdir
   Yaşar Kərimov Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsidə , yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, fövqalədə vəziyyət zamanı  rejim  karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərəzi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
 Mayor Yaşar Kərimov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində,yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
Mayor Yaşar Kərimov  Daxili Qoşunlarda xidmət etdiyi  illər ərzində öz  xidməti və ictimai  vəzifələrinin icrası zamanı xüsusi fəriqləndiyinə görə   Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təhsil aldığı ali təhsil müəssisə rəhbərlərinin,hərbi hissə komandirinin  müvafiq əmrləri  bir sira medallarla, əlaçı  və yubiley döş nişanları ilə   təltif olunmuş, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırmış və ona təşəkkür elan edilmişdir. 
MAYOR  KƏRİMOV YAŞAR KƏRİM  OĞLUNA ALLAH RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN. AMİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages