Bərdədə İrandan narkotik alıb ölkəyə gətirən şəxs saxlanılıb



Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Bakmiltv.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Fərid Mamedovdan dörd kiloqramdan artıq marixuana aşkarlanıb.

F.Mamedovun narkotiki şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satmaq üçün ölkəyə keçirdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hiç yorum yok:

Yorum Gönder

Pages