Beşinci medalımız Dominqesdən gəldi



Azərbaycan Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.

“Bakmiltv.info” xəbər verir ki, ölkəmizi təmsil edən boksçu Alfonso Dominqes finalda özbəkistanlı Lazizbek Mullojonovla qarşılaşıb.

92 kq çəki dərəcəsində yarışan təmsilçimiz həlledici görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.

Qeyd edək ki, indiyədək Paris-2024-də cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages