Bakıda qadın restorandan 13 min oğurladı



Bakıda restorandan 13 min manata yaxın pul oğurlanıb.

Bu barədə Bakmiltv.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 29-da paytaxtın Səbail rayonu ərazisində yerləşən restoranların birindən içərisində 12750 manat və qızıl qolbaq olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub:

"Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Vəfa Bəylərova müəyyən olunaraq saxlanılıb".

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages