Bakıda ilk velosiped kirayəsi xidməti - Qiymətlər açıqlandı



Bakı şəhərində ilk "bike-bike-sharing" (velosiped kirayəsi) xidməti fəaliyyətə başlayıb.

Bəs maraqlıdır ki, velosipedlərin kirayə haqqı və müddəti necə tənzimlənir?

Qiymətlərlə bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Belə ki, "Velo 30" paketinin 30 günlük qiyməti 11.99 AZN təşkil edir. Kirayələnən velosipedi gün ərzində 60 dəqiqə sürmək mümkündür. Xidmət günlük 10 kilid açılması təklif edir. Velosipedi 60 dəqiqə ərzində tam sürmək və ya 10 kilid açılışında dəqiqələrə bölüb istifadə etmək imkanı var.

Elektron velosiped paketinin (e-Velo30+) 30 günlük qiyməti 35.99 AZN təşkil edir. Kirayələnən velosipedi gün ərzində 60 dəqiqə sürmək mümkündür. Xidmət günlük 10 kilid açılması təklif edir. Velosipedi 60 dəqiqə ərzində tam sürmək və ya 10 kilid açılışında dəqiqələrə bölüb istifadə etmək imkanı var.

"Velo365" paketi 365 gün faydalanmaq imkanı yaradır, qiymət 35,99 AZN təşkil edir. Kirayələnən velosipedi gün ərzində 60 dəqiqə sürmək mümkündür. Xidmət günlük 10 kilid açılması təklif edir. Velosipedi 60 dəqiqə ərzində tam sürmək və ya 10 kilid açılışında dəqiqələrə bölüb istifadə etmək imkanı var.

***

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Bakı şəhərində ilk “bike-sharing” (velosiped kirayəsi) xidməti fəaliyyətə başlayıb.

Teleqraf.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, velosipedi icarəyə götürməyə, səyahət etməyə və istənilən parklanma yerinə qaytarmağa imkan verən sistem sakinlərə və turistlərə şəhərdə təhlükəsiz və davamlı səyahətlər etmək üçün əlverişli imkanlar yaradır. Velosiped kirayəsi xidməti istifadəçiləri tıxac və parkinq kimi qayğılardan da azad edir.

Bakı şəhərində mikromobillik vasitələrinin parklanması üçün yaradılan 50-yə yaxın məntəqədə müvafiq konstruksiyalar quraşdırılıb, velosipedlərin kirayə qaydası barədə məlumatları əks etdirən lövhələr yerləşdirilib.

Parklanma məntəqələri yaradılarkən onların metro stansiyalarına, avtobus dayanacaqlarına, təhsil müəssilərinə və iri ticarət mərkəzlərinə yaxın olması nəzərə alınıb. Məlumat lövhələri üzərində QR-kodlar təsvir edilib. Mobil cihazlarda həmin QR-kodlar vasitəsilə proqram təminatına keçid edərək velosipedlərin aktiv və deaktiv olması prosesini yerinə yetirmək mümkündür. Tətbiq vasitəsilə ən yaxın parklanma yerlərini görmək də olar.


Hiç yorum yok:

Yorum Gönder

Pages