Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Elnur Eyvaz oğlu Nuriyevin “ DOĞUM GÜNÜDÜR”



                   Elnur Eyvaz oğlu Nuriyev (22 avqust 1975, Cahangirbəyli, Zəngilan rayonu – 4 oktyabr 1994, Gəncə) — Azərbaycanın Milli Qəhrəmanı, dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
              Həyatı - Elnur Nuriyev 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açmışdır. 1982–1992-ci illərdə burada kənd orta məktəbində təhsil almışdır. Elnur 1993-cü ildə Milli Ordu sıralarına çağırılır.
Döyüşlərdə iştirakı - Bir müddət təlim keçdikdən sonra Elnur Nuriyev cəbhəyə göndərildi. O, Füzuli rayonunun Kürdmahmudlu, Alxanlı kəndlərində rəşadətlə vuruşmuşdur. Elnur minaaxtaranlar bülüyünə komandir təyin edilmişdi. Tərtər cəbhəsində ermənilər güclü əks hücuma keçərək bir neçə kəndi işğal etmişdilər. Elnur bölüyü ilə həmin əraziyə göndərildi. Qapanlı, Seysulan kəndləri azad edildi buradakı döyüşlərdə Elnur şücaət göstərərək vuruşmuşdu. 1994-cü il 4-5 oktyabr hadisələri zamanı onu Gəncəyə göndərdilər. Dövlət çevirilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı Elnur döyüş tapşırığını yerinə yetirərkən həlak oldu.
Milli Qəhrəman - Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Nuriyev Elnur Eyvaz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Kürdəmir şəhərinun Şəhidlər xiyabanında dəfn edilib.   

               Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından, _AD GÜNÜNÜ _ Əziz xatirələrlə yad edir, ailəsinə və yaxınlarına səbr diləyirik.
              Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov

Hiç yorum yok:

Yorum Gönder

Pages