Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sərdar Mədəd oğlu Səfərovun “ DOĞUM GÜNÜDÜR”



                   Sərdar Mədəd oğlu Səfərov (12 avqust 1960, Kəlbəcər rayonu – 25 sentyabr 1991, Əsgəran rayonu, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
                 Həyatı - Sərdar Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979- 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır.
         Xilaskar qəhrəman - 1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində "QAZ-53" markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu. Kəlbəcər rayonunda dəfn edilmişdir.
        Ailəsi - Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdi.
          Xatirəsi - Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

               Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından, _AD GÜNÜNÜ _ Əziz xatirələrlə yad edir, ailəsinə və yaxınlarına səbr diləyirik.
              Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov

Hiç yorum yok:

Yorum Gönder

Pages