Azərbaycanlı zəvvarlar Kərbəla ziyarətində öldülər



Azərbaycanlı zəvvarlar İraqda dünyalarını dəyişiblər.

Bakmiltv.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Göyçay rayon sakini olan Kərbəlayi Elşən və Seyid Hacı Rafiq kimi tanınan şəxslər Kərbəla şəhərinə piyada daxil olarkən ölüblər.

Onlar elə həmin şəhərdə yerləşən İmam Hüseyn ziyarətgahının əcnəbilər üçün olan qəbiristanlığında dəfn olunublar. Dəfnin bütün xərclərini şəhərdə yerləşən ziyarətgah kompleksləri öz üzərlərinə götürüblər.

Qeyd edək ki, Kərbəla ziyarəti zamanı zəvvarlar Nəcəf şəhərindən Kərbəla şəhərinə 80 km yolu piyada qət edirlər.

Hiç yorum yok:

Yorum Gönder

Pages