Azərbaycanda "icra başçısının katibəsi" HƏBS EDİLDİ



Bakıda qadını aldadaraq ondan 7 700 manat pul alan Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Aygün Həsənova həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsinə əsasən məsuliyyətə cəlb edilib.

Məlum olub ki, paytaxtda gözəllik salonunda çalışan Aygün tanış olduğu Pərvanə adlı qadına özünü Bakının rayonlarından birində icra başçısının katibəsi kimi təqdim edib. Pərvanənin iş axtardığını öyrənən Aygün, onu aldadaraq pul almaq niyyətinə düşüb. Bu məqsədlə o, Pərvanəyə işini dəyişdirəcəyini və İcra Hakimiyyətində katibə vəzifəsində boş qalan yerə təyin etdirəcəyini deyib. Buna inanan Pərvanə, Aygünün təklifini qəbul edib. Aygün bu təyinat üçün 15 000 manat tələb edib və pulu ödəməsi üçün Pərvanədən 7 700 manat alıb.

Daha sonra Aygünün icra hakimiyyətində işləmədiyi və çoxsaylı şəxslərə borclu olduğu üzə çıxıb, buna görə də onun barəsində polisə şikayət edilib.

Avqustun 5-də Aygün Həsənova həbs edilib. Masallı Rayon Məhkəməsinin qərarı ilə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages