Avstraliyada iqlim təhdidləri sığorta haqlarının artmasına səbəb olub


Avstraliyada iqlim təhdidləri sığorta haqlarının artmasına səbəb olub

Bakı, 27 avqust, AZƏRTAC

Avstraliyada iqlim təhdidləri sığorta haqlarının artmasına səbəb olduğu üçün ev sığortası daha çox avstraliyalı ev təsərrüfatları üçün əlçatmaz olur. Bu, milyardlarla dollarlıq ipoteka kreditlərini təhlükə altına qoya bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Aktuarilər İnstitutunun hesabatında bildirilir.

Cari ilin mart ayına olan məlumata görə, Avstraliya ev təsərrüfatlarının 15 faizi ev sığortasını ödəmək üçün kifayət qədər pula malik olmadığından stress keçirib.

Artan sığorta xərcləri Avstraliyada inflyasiyanın artmasına səbəb olub. "Təəssüf ki, biz iqlim dəyişmələri ilə bağlı təbii fəlakətlər riskinin artmasını gözləyirik, bu da sığorta ödənişlərinə təzyiq göstərməyə davam edəcək", - deyə hesabatın aparıcı müəllifi Şaranjit Paddam bildirib.

İnstitutun məlumatına görə, mənzilin əldə edilməsi ilə bağlı ən ciddi problemlərlə qarşılaşan ev təsərrüfatlarının mart ayına olan məlumatına əsasən təxminən 38 milyard dollarlıq ödənilməmiş ipoteka krediti olub. Bu da ipoteka kreditləri üzrə bütün aktivlərinin 3 faizini təşkil edir.

Hiç yorum yok:

Yorum Gönder

Pages