Ata 3 uşağını öldürüb intihara cəhd etdi



Türkiyədə ailə dəhşəti yaşanıb.

Bakmiltv.info yerli mediaya istinadla bildirir ki, hadisə İzmir şəhərinin Bornova qəsəbəsində baş verib. Psixoloji xəstəliyi olan 45 yaşlı Vesih Şimşek 4 övladı – Cemre, Ceylin, Nira və Hiranuru zeytun ağacları olan əraziyə gətirib.

Burada o, əvvəlcə övladlarını, sonra isə özünü güllələyib.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları uşaqlardan 3-nün Cemre, Ceylin və Niranın öldüyünü bildiriblər. Hiranur və ata Vesih isə yaralı halda xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı cinayət işi başlanıb.





Hiç yorum yok:

Yorum Gönder

Pages