Allahverdi Bayram oğlu Yolçuyev 20 avqust 1958-ci ildə Ermənistan SSR Stenonovan şəhərində dünyaya gəlib. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan dövlət İncəsənət inistutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimləri-SSRİ xalq atisti Adil İsgəndərov, Azərbaycanın xalq artisti Elmira Şabanova.
1978-1979-cu ildə Leninqradda keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub. 1982-ci ildən 1985-ci ilədək İncəsənət inistitunda səhnə nitqi müəllimi olub. Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib. Müxtəlif ölkələrdə tədbirlərdə, cəbhə bölgələrində, qocalar evlərində olub. Allahverdi Yolçuyev özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə çıxış edib. Müxtəlif telekanallarda minlərlə filimlər, cizgi filimlərini səsləndirib. Ən yadda qalan məşhur Fransız aktyoru Luide Fünesin rollarıdır. Hal hazırda dublyaj fəaliyyəti ilə məşğuldur və Bakı Musiqili Şou Teatrında çalışır.
Ailəlidir 4 övladı 5 nəvəsi var.
1).İncəsənət instutunun tədris teatrında oynadığı rolları-`Arximed`(Arximed),`Mağara sakinləri`(Monotamaşa), `Poçt şöbəsində xəyal (yoldaştək), C.Məmmədquluzadə (Felytonlar), Ü.Hacıbəyov əsasında tamaşa. 2).1979-1981 H.Ərəblinski adına Sumqayıt Dövlət dram teatrında oynadığı rolları İ.Coşqun `Meşədə döyüş`(ayı rolu) N.Həsənzadə`Bütün şərq bilsin`(əsgər rolu), Y.Əzimzadə`Həsrədin`(təlxək rolu), M.İbrahimov `Yaşlı adam`(Qardaşxan rolu), R.Əlizadə `Doğmalar`(Kərim). 3).1985-1987 Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrlnda çalışdığı zaman oynadığı rolları. Ü.Hacıbəyov`O olmasın bu olsun`(tələbə), R.Əhmədzadə `Sizinlə gülə-gülə`, R.Əhmədzadə `92 dəqiqəlik gülüş`, S.Ələsgərov `Olmadı elə oldu belə`. 4).1987-2016 telleviziya, radio fəaliyyəti uşaq verlişləri Laylay, Göydən üç alma düşdü (ofçu pirim), Dünya dədənin dedikləri (dünya dədə), Sehirli səslər evciyi, Məktəblinin kitabxanası (qiraətçi). 5).Musiqili verlişlərin aparıcısı olub. Nəğmə çələngi, Sevənlərə gül verin.
Filmoqrafiya
Anar-Üzeyir ömrü (film, 1981)-su alan
İ.Əziz-QAZ (film, 2005)-polis rəisi
Xoca (film, 2012)-masabəyi
Sovqat (film)
Gizlənpaç (film, 2016)
21 sual (film, 2017) (tammetrajlı bədii film) (rol)
Dələduzlar (film, 2014) Eyvaz
Seriallar
1. Ağabəyovlar 2. Fatimə 3. Səadət 4. Qaynana
Hiç yorum yok:
Yorum Gönder