Bakmiltv.info Turan: 30 avqust silahlı münaqişələr, zorakılıq, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş minlərlə şəxsin anıldığı Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur.
Bakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı Nümayəndəliyinin press-relizində deyilir ki, regionda minlərlə insan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşüb. Daha çox sayda insan öz doğmalarının taleyindən xəbərsiz ağrı içində yaşayır.
BQXK müvafiq qurumların itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və ailələrinə cavab verilməsi istiqamətində gördüyü işlərdə yaxından iştirak edir, onlara dəstək olur.
“İstərdik ki, itkin düşmüş şəxslərin ailələri bilsin ki, onların yaxınları unudulmur. Onlar tək deyillər. Biz isə dövlətlərin səlahiyyətləri daxilində əllərindən gələni edərək, ailələrə cavab verməsi üçün onlara dəstək olmağa, bununla da ailələrin bilmək hüququnu müdafiə etməyə davam edəcəyik”, deyə BQXK-nin baş direktoru Roberto Mardini bildirib.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 3890 nəfər, o cümlədən 3171 hərbi qulluqçu, 719 mülki (71 uşaq, 267 qadın v 326 qoca) itkin düşmüş şəxs qeydə alınıb.
Qeyd edək ki, Ermənistan mənbələrinin məlumatına görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilərin işğal etdiyi ərazilərdə bir neçə kütləvi məzarlıq var idi, bu məzarlıqlarda yüzlərlə Azərbaycan əsgəri basdırılıb. Bu torpaqlar İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilib və bu məzarlıqların qazıntısı bir çox talelərə aydınlıq gətirə bilər. -06В-
Hiç yorum yok:
Yorum Gönder