30 avqust Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin qəbul olunduğu gündür - həm də Türkiyənin Zəfər Bayramıdır



Bu gün Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin qəbul olunduğu gündür. 

Gununsesi.info xəbər verir ki, 25 il öncə bu gün-1991-ci il avqustun 30-u 20-ci əsrdə ikinci dəfə  Azərbaycan İstiqlal Bəyannaməsinin qəbul olunduğu gündür. 25 il öncə keçmiş Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edildi.
 
Qeyd edək ki, 1988-ci ildən başlanan milli-azadlıq hərəkatının nəticəsində Azərbaycan Ali Sovetində “Demokratik Azərbaycan” (Müstəqil Azərbaycan) Deputat Blokunun təkidi ilə 1991-ci ilin avqustun 30-da bu sənəd qəbul olunub.  O zaman Ail Sovetin sessiyasında  daxilində “istiqlalçı” deputatalar, bayırda-ali qanunvericilik orqanının binası qarşısında xalq,  milli-demokratik müxalifət keçirdiyi mitinqlə belə bir sənədin qəbul edilməsini tələb edirdi. Məhz belə bir şəraitdə sənəd qəbul edildi.
Bu Bəyannamə 18 oktyabr 1991-ci ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasında çox mühüm tarixi sənəddir.
Onu da qeyd edək ki, Allahın lütfündəndir ki, iki qardaş – Azərbaycan və Türkiyə dövlətlərinin tarixinə 30 avqust çox əlamətdar gün kimi yazılıb. Türkiyə Cümhuriyyətində də 30 avqust Zəfər Bayramı kimi qeyd edir.
Hazırda rəsmi olaraq müstəqillik günü olan 18 oktyabrda qəbul edilən sənəd özü də həm mahiyyəti, həm də 30 Avqust 1991-ci il tarixli sənədə etdiyi istinad ilə müstəqilliyin bərpasının 30 Avqustda reallaşdırıldığını təsdiq edir.
Bununla da,  Azərbaycanın tarixən mövcudluğu, 28 May 1918-ci il tarixdə şərqdə ilk demokratik cumhuriyyətin məhz Azərbaycanda elan edildiyi  və müəyyən müddətdə  itirilmiş müstəqilliyi 30 avqust 1991-ci il tarixdə bərpa edildi.

Hiç yorum yok:

Yorum Gönder

Pages