27 avqust Mehdi Qənbərlinin doğum günüdür



Vətən onu unutmayacaq

İkinci Qarabağ müharibəsində öz dədə-baba torpaqlarını mənfur düşmən tapdağından azad etmək üçün minlərlə qorxmaz, ürəkli oğlan ayağa durdu. 2001-ci ildə Lənkəran rayonunun Osakücə kəndində dünyaya göz açan Mehdi Sübhi oğlu Qənbərli də öndə gedən qeyrətli igidlərdən oldu. Vətəni canından artıq sevən bu, 19 yaşlı gənc mübarizə meydanında düşmənə qarşı qatıldığı bütün döyüşlərdə böyük şücaət göstərir, ölümü əsl qəhrəmanlıq məktəbi kimi tarixə yazılır. Həm də milyonların ürəyində özünə əbədi məkan quran Lənkəran elinin şəhid oğlu “Vətən uğrunda”, Füzulinin və Cəbrayılın azadlığına görə medallarına layiq olur.
Mehdi Qənbərli orta məktəbi bitirəndə el-obada onun yüksək mədəniyyəti, əxlaqı, Vətəninə, yurduna sevgisi yaşıdlarına nümunə göstərilir. Həyatda birinci amalı yağı düşməndən qisas almaq olan Mehdi 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətdə yola düşür. Müqəddəsliyinə tapındığı doğma Azərbaycanı göz bəbəyi kimi qorumaqla bərabər, bir qayda olaraq erməni dığaları ilə döyüşə can atır. Əsgər yoldaşlarına da həmişə bildirir ki, Qarabağı düşmən tapdağından təmizləmək, bu yolda şəhid olmaq bizim şərəfli borcumuzdur. Hərbin sirlərini mükəmməl öyrənməklə qisas gününə hazır durmalıyıq.
Nəhayət ki, minlərlə qeyrətli Vətən övladların intizarla gözlədiyi gün gəlir. Erməni faşistlərin sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərinin və yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutmasına cavab olaraq şanlı ordumuz Ali Baş Komandanın əmri əsasında əks-hücuma başlayır. Əsgər Mehdi Qənbərli ilk gündən müharibənin ən qaynar nöqtəsində işğalçı dığalara qarşı döyüşür. Yağıya qan udduran qəhrəman Vətənə, torpağa məhəbbəti sayəsindən neçə-neçə ağır sınaqdan üzüağ çıxır. Hər dəfə səngərə qələbəyə olan inamla girir, Cəbrayılda, Füzulidə yağıya ciddi itkilər verir. Oktyabrın 5-i Mehdinin son döyüş günü olur. Horadiz uğrunda gedən qanlı savaşında sözün əsl mənasında torpaq uğrunda can qoyub qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.


Hiç yorum yok:

Yorum Gönder

Pages