Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyev vəzifəyə başlayan kimi şəhid ailələri və qazilərlə görüşüb.
Bakmiltv.info xəbər verir ki, Görüşdə Adil Əliyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 55 illiyinin ölkəmiz üçün əlamətdar hadisə olmasını qeyd edərək, müasir Azərbaycanın Ümummilli Liderin sənət əsəri olmasını qeyd edib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl və çoxkonturlu siyasətin uğurlarından bəhs edərək, qazandığımız tarixi Qələbəyə görə qəhrəman Vətən övladlarına borclu olduğumuzi bildirib. Dövlət başçısının və Birinci Vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə ayırdığı diqqət və qayğıdan bəhs edən İcra Hakimiyyətinin başçısı bu siyasətin uğurla davam etdirməyin hər bir kəsin həm də vətəndaşlıq borcu olmasını qeyd edib. Döyüş meydanında aparılan uğurlu əməliyyatların və diplomatik müstəvidə atılan addımların nəticəsində tarixi torpaqlarımız bu gün azaddır, şanlı üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır.
Daha sonra tədbirdə çıxış edən şəhid ailələri, qazilər onlara ayrılan yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Hiç yorum yok:
Yorum Gönder