Xətai İH-da mətbuat günü ilə bağlı tədbir keçirildi



Xətai rayon İcra Hakimiyyətində Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev mətbuatı və jurnalistləri cəmiyyətin güzgüsü adlandırıb.

O, həmçinin sosial platformalarda hər kəsin “jurnalistlik” etdiyini bildirərək, reket jurnalistləri tənqid edib, onların qələm adamlarının işinə kölgə saldığını deyib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə də cəmiyyətin problemlərinin həllində jurnalistlərin əməyinin böyük önəmi olduğunu vurğulayıb.

Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.

Hiç yorum yok:

Yorum Gönder

Pages