Xəstəxanaya ayağı ilə girdi, meyiti çıxdı: Mərkəzi xəstəxananın işçiləri ölümdə ittiham edilirlər



55 yaşlı İlhamə Rəhimova Hacıqabul Mərkəzi Xəstəxanasında vəfat edib.

Onun inyeksiyadan şoka düşərək öldüyü bildirilib.

Mərhumun qızı Günel Rəhimova anasının xəstəxana işçilərinin səhlənkarlığı nəticəsində dünyasını dəyişdiyini bildirib:

"Anamın heç bir problemi yox idi, sadəcə sümükləri ağrıyırdı. Həkim antibiotik yazdı. "Prob" qoyulması üçün anamı xəstəxanaya apardıq. "Prob"dan sonra halı pisləşdi. Həkimləri çağırdım ki, heç kim yaxınlaşmadı. Nə həkimi, nə tibb bacısı. Hamısından şikayətçiyəm, anam qolumda qaldı"

09 iyul, 13:04

Hacıqabul rayon sakini, 55 yaşlı İlhamə Rəhimova inyeksiyadan şoka düşərək vəfat edib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 21 radələrində 1969-cu il təvəllüdlü şəxs Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.

"Xəstə daxil olarkən, digər həkimin yazdığı reseptə uyğun venadaxili inyeksiyanın tətbiq olunmasını xahiş edib. Növbətçi həkim reseptlə tanış olduqdan sonra tibb bacısı tərəfindən sınaq üçün inyeksiya olunub. Xəstədə anafilaktik şok halı baş verib.

Dərhal konsilium üçün həkim-anestezioloq-reanimatoloq çağırılıb. Tibbi protokola uyğun olaraq, şok əleyhinə zəruri yardımlar edilib.

Xəstənin halı anidən pisləşdiyi üçün intubasiya etmək mümkün olmayıb. Bundan əlavə, xəstəyə 35 dəqiqə müddətində ürəyin qapalı masajı, oksigen terapiya və digər zəruri yardımlar edilib. Aparılan tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, xəstədə saat 21:57-də ölüm halı qeydə alınıb".

Hiç yorum yok:

Yorum Gönder

Pages