Rusiya BMT Təhlükəsizlik Şurasının üzvlərindən Ukrayna hakimiyyətinin münaqişənin həll edilməsi məqsədi ilə danışıqlara başlamaq üçün gözlənilməz istəyinin səbəbini öyrənməyi xahiş edib.
Bakmiltv.info Publika.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın beynəlxalq təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Həmkarlar, sizdən təcili olaraq bu istəyin təfərrüatlarını öyrənməyinizi xahiş edirəm”, – o deyib.
Nebenzya qeyd edib ki, dialoqa hazır olmaq əvvəllər Ukrayna münaqişəsinin həlli üçün diplomatik yolu daha məqsədəuyğun adlandıran Rusiyanın mövqeyinə uyğundur.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Rusiya hakimiyyəti heç vaxt sülh danışıqlarından imtina etməyib, lakin Ukrayna Qərb müttəfiqlərinin göstərişi ilə onları rədd edib.
Hiç yorum yok:
Yorum Gönder