Ukrayna hakimiyyəti Poroşenkonun ABŞ-da keçiriləcək Respublikaçılar Konqresində iştirakına icazə verməkdən imtina edib.
APA xəbər verir ki, “Strana” nəşrinin yaydığı məlumata görə sabiq prezident Pyotr Poroşenkonun ABŞ-da keçiriləcək Respublikaçılar Konqresində iştirakı üçün Ukraynadan çıxmasına icazə verilmir.
Sabiq prezidenti, Ali Radanın deputatı Pyotr Poroşenkonun ölkədən çıxışına parlamentin spikeri Ruslan Stefançuk mane olur. Belə ki, o Poroşenko və bir sıra digər şəxslər üçün ezamiyyət sənədinə imza atmır.
Qeyd edək ki, Respublikaçılar Partiyasının qurultayı 15-18 iyul tarixlərində keçiriləcək və orada Donald Tramp rəsmən ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməlidir.
Bundan əvvəl də 2023-cü ilin dekabrında Poroşenko Polşaya buraxılmamışdı. Amma o Ali Rada sədrinin imzası ilə ezamiyyətdə idi. Poroşenko Polşadan ABŞ-a uçmalı idi.
Hiç yorum yok:
Yorum Gönder