Ucrada oğurluq etməkdə təqsirləndirilən Anar Əhmədov, Arif Şirəliyev və Felmar Türbəndəyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bakmiltv.info-nın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilib.
Hakim Xəyal Bədəlovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyulun 10-na təyin olunub.
Qeyd edək ki, Anar Əhmədov, Arif Şirəliyev və Felmar Türbəndəyev rayonun Qazıqumlaq kəndi ərazisində yerləşən və istismarda olan 35/10 kV-luq yarımstansiyanın binasına qanunsuz daxil olaraq 3 ədəd vakum tipli açarlar oğurlamaqla dövlət müəssisəsinə 10000 manata yaxın maddi ziyan vurmaqda təqsirləndirilirlər. Hər 3 şəxs törətdiyi əməli etiraf edib. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Hiç yorum yok:
Yorum Gönder