ABŞ səlahiyyətliləri bir neçə həftə əvvəl İranın keçmiş prezident Donald Trampa sui-qəsd planlaşdırması barədə məlumat alıb və bundan sonra Məxfi Xidmət onun mühafizəsini gücləndirib.
Bakmiltv.info bu barədə CNN-ə istinadən xəbər verir.
Məlumata görə, Trampa atəş açan 20 yaşlı Tomas Metyu Kruksun sözügedən planla hər hansı əlaqəsi olduğuna dair heç bir sübut yoxdur.
İran öz növbəsində, ittihamları rədd edib. İranın BMT-dəki Daimi Nümayəndəliyi bildirib ki, İslam Respublikasına qarşı ittihamlar əsassız və qərəzlidir.
Hiç yorum yok:
Yorum Gönder