Tramp ABŞ-da Çin avtomobillərinə 200 faiz rüsum tətbiq etmək istəyir…



...Donald Tramp Çin avtomobillərinə 200 faiz rüsum tətbiq edəcəyinə söz verib. Respublikaçı Amerika prezidenti seçilərsə, Orta Krallığın şirkətlərinin Amerika bazarına girməsinin qarşısını almaq üçün belə bir tədbir görməyə hazırdır.

Eyni zamanda prezidentliyə namizəd Çin istehsalçılarının ABŞ-da fabriklər tikməsini alqışlayacağını bildirib.

Tramp Çindən başqa, Meksikada yığılan avtomobillərə də 200 faiz idxal rüsumunu tətbiq edəcəyini vəd edir.

Siyasətçi vurğulayıb ki, Çin brendləri artıq bu ölkədə zavodlar tikirlər, oradan avtomobillər ABŞ-a çatdırılacaq. Keçmiş prezidentin konkret şirkətlərin adını çəkməməsinə baxmayaraq, BYD konserninin də oxşar planları var.

Qoruyucu rüsumların tətbiqi üçün ABŞ səlahiyyətliləri Birləşmiş Ştatlar, Meksika və Kanada arasında azad ticarət sazişinə düzəliş etməli olacaqlar. Ola bilər ki, qanun layihəsi qəbul olunarsa, Meksikada yığılan bütün avtomobillər 200 faiz vergiyə cəlb olunacaq.

Tramp çıxışı zamanı ABŞ-ın hazırkı prezident Cozef Baydenin qəbul etdiyi elektriklə işləyən avtomobillərə mərhələli keçid strategiyasını da tənqid edib. Yeni standartlara görə, avtomobil istehsalçıları 2027-ci ildən 2032-ci ilə qədər satışlarında akkumulyatorla işləyən avtomobillərin payını artırmalı olacaqlar.

Hiç yorum yok:

Yorum Gönder

Pages