Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunların hərbi hospitalının həyatında öz dəst- xətti olan, yüksək peşəkarlığı,dərin zəkası, gözəl nitq qabiliyyəti, humanistliyi, xeyirxahlığı,səmərəli fəaliyyəti, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi , sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, iradi və insanpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş,ali dərəcəli həkim, müharibə veteranı- istefada olan tibb xidməti polkovnik leytenantı Hacıyev Rüvət Muxtar oğlunun iyul ayının 9 - da 62 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan tibb xidməti polkovnik - leytenantı Hacıyev Rüvət Muxtar oğlunu doğum günü münasibətilə Din-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, (tibb işciləri), doğmaları,əzizləri, yaxınları və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Rüfət həkim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Tibb xidməti polkovnik leytenant Rüfət Hacıyev 1962 -ci ilin iyul ayının 9- da Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəmsiabad kəndində zəhmətkeş bir ailədə anadan olub.
1982 - ci ildə Ağdaş rayonun Şəmsiabad kənd orta məktəbi, 1988 - ci Azərbaycan Dövlət Tibb İnstitutunu bitrib.Dəfələrlə həkimlərin təkmilləşmə İnstitutunda ixtisasartırma kurslarında, müvafiq seminar və konfranslarda fəal iştirak edib.
1988- 1990 -cı ilərdə Nijni -Novqorski (Keçmiş Qorki) şəhərində cərrah həkim, 1990- 1992 - ci illərdə Bakı şəhərində Neftayırma zavodunun 2 saylı sanitar hissəsində calışıb.
1993-2015 - ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Zəngilan , Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə (hərbi hospitalda) tibb xidməti rəisi, cərrah, uro- nevrologiya şöbəsinin rəisi vəzifələrində Millətə, Dövlətə,Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Ali dərəcəli peşəkar həkim-istefada olan tibb xidməti polkovnik-leytenatı Rüfət Muxtar oğlu Hacıyev Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalından Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin poliklinkasında işləyir.
Rüfət həkim 1993 - 1994 -cü ilərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Zəngilan, Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Bu müddət ərzində o, şəxsi heyət arasında tibbi profilaktika tədbirləri həyata keçirmiş, ambulator şəraitdə yaraların üzərində kicik cərrahiyyə əməliyyatları aparmışdır.
Döyüşcülərlə ön mövqeydə çiyin - çiyinə döyüşən Rüvət həkim onların sağlamlığı ilə problemləri vaxtında həll edə bilmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, Hərbi andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümunə olmuş, hippokrat andına isə həmişə sadiq qalmışdır.
Hərbi və həkim yoldaşları Rüfət həkimi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Yüksək insani keyfiyyətləri ilə və kamil həkimlik peşəsinə qadir Rüfət həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində daimi yaşayacaq.
Öz vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmrləri ilə bir çox fərmanlarla, qiymətli hədiyyələrlə, əlacı və yubiley döş nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 -2001)” yubiley medalı ilə;
2."Azərbaycan Respubilkasl Silahlı Qüvvələrinin 90 illiyi (1918 -2008)” yubiley medalı ilə;
3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 -2013)” yubiley medalı ilə;
4."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə 2 -ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6."Qüsursuz xidmətə görə"3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
RÜFƏT HƏKİM DOĞUM GÜNÜN MÜBARƏK!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder