Təbrik:Rafael Rüstəmov -50




     
  Peşəkarlığı,işgüzarlığı,iradı, mənəvi keyfiyyəti, sadəliyi  və səmimiyyəti ilə seçilən - ehtiyada olan baş   leytenat  Rüstəmov  Rafael  Rafiq oğlunun  iyul ayının  18  -də   50  yaşı tamam olur.
      
 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda  olan   baş leytenant  Rüstəmov Rafael Rafiq  oğlunu doğum günü münasibətilə  Daxli İşlər Nazirliyinin  Daxili   Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş  yoldaşları, onun pərəstişkarları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Rafael  qoy yaşının  üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin və hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
    
Rüstəmov Rafael Rafiq  oğlu   1974 - cü  ilin iyul ayının  18- də  Azərbaycan  Respublikasının   Ağdam  rayonunda  zəhmətkeş bir  ailədə anadan olub.
     
1991 - ci ildə    Ağdam  rayonunun  Qiyaslı kənd tam orta məktəbi, 1997-  cı ildə  Azərbaycan Kənd Təsərrüfatı  Akademiyasını,1998-ci ildə  isə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabitlərin  ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  bir sıra təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə  xüsusi- taktiki təlimlərdə,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
    
 1998-2002 -ci     İllərdə  Din-in Daxili Qoşunların Baş İdarəsinin   Hacqabul rayonunda  yerləşən  hərbi hissədə  taqım komandiri   vəzifəsində Millətə,Dövlətə  Vətənə və Xalqa sədaqətlə xidmət edib.O,2002 -ci illin dekabr ayında “Hərbi Xidmətkeçmə Haqqında” əsasnamənin 156-cı maddəsinin v) bəndinə əsasən (xəstəliyə  görə) Din-in Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxlıb.Hal-hazırda baş leytenat Rafael Rüstəmov  sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 

Rafael Rafiq  oğlu  Rüstəmov  Qanunvercliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin, hərbi təchizat anbarların mühafizəsində,   yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai  təhlükəsüzliyin təmin edilməsində, bədbəxt hadisələr,yanğınlar, qəzalar və təbii fəlakətlər zamanı   üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Rafael Rüstəmov 1991-1992-ci illərdə könüllü olaraq  Azərbaycanının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 
     
Hərbi və iş yoldaşları Rafael Rüstəmovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
       
Baş leytenant Rafael Rüstəmov    Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
     
 Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə  görə     yibiley nişanı ilə təltif edilib,  fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan olunmuşdur. 

50 İLLİK YUBİLEY  GÜNÜN MÜBARƏK OLSUN  RAFAEL !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, 
BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə   Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages