Təbrik:Polkovnik leytenant Arif Muradov -57



    
Yüksək peşəkarlığı, humanistliyi, nəzəri və  praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi, təmkinliyi, sadəliyi və səmimiyyəti ilə,   seçilən ömrünün  ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş,  müharibə veteranımız ehtiyatda olan polkovnik leytenat Muradov Arif Qara oğlunun   iyul ayının 6 da 57 yaşı tamam olur.

Daimi həyatın  imtahanlarından alınıacıq və üzüağ çıxan  Arif Qara oğlu Muradovu bu əlamətdar gün münasibətilə Din-in Daxili  Qoşunların  hərbi vəzifəliləri, doğmaları, iş, döyüşçü və müəllim yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin neymət olan möhkəm cansağlığı, ailə səadatı  və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Arif müllim
 qoy yaşının üstə gələn bu yaş da sənə sevinc dolu günlər bəxş etsin və hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin!
    Vətənpərvər, torpağına, xalqına  bağlı gözəl insan müharibə veteranı -ehtiyatda olan polkovnik leytenat  Muradov Arif Qara  oğlu    1967 -ci ilin iyul ayinin 6 -da Qazax   rayonunun Dağ Kəsəmən kəndində zəhmətkeş ailədə anadan olub.
    Din-in Daxili Qoşunlarında öz dəst-xətti olan Arif Muradov 1984-ci ildə Qazax rayon  Dağ Kəsəmən kənd orta məktəbini, 1988-ci ildə SSRİ  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Saratov   Ali hərbi məktəbini bitrib.O, Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir cox təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, komanda -qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.Hərbi təcürbə əldə etmək ücün Türkiyə Jandarma qüvvələrində işgüzar səfərdə olub. 
    
Əhətəsində olan insanların, iş və döyüşcü yoldaşların hörmətini qazanan, ictimai işlərdə fədakarlıq göstərən,dostlarına və  yaxınlarına isti münasibətdə olan polkovnik leytenat  Arif Muradov 1988-1991 - ci illərdə  SSRİ DİN-in  Daxili Qoşunların Nijni Taqil şəhərində və Bakı şəhəri Binəqədi rayonunda yerləşən hərbi hissələrdə taqim  və böluk komandiri,1992-2005 -ci illərdə isə Müstəqil Respublikamızın Daxili işlər Nazirliyi Daxili Qoşunların Binəqədi, Hacqabul, Zakatala və Xəzər rayonlarında, Gəncə şəhərində yerləşən hərbi hissələrdə və ali hərbi məktəbdə  bölük komandiri,alayın döyüş hazırlığı və mənəvi- pisxoloji  hazırlığı qrupun rəisi, alay qərargahı rəisinin birinci müavini, alay komandirinin birinci müavini- qərargah rəisi, Daxili Qoşunların Bas İdarəsinin ali hərbi məktəbində isə silsilə rəisi vəzifələrində Vətənə, və xalqa sədaqətlə xidmət etmişdir.O, Daxili Qoşunların Baş Idarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan  sonra Ağstafa şəhər tam orta məktəblərin birində hərbi müəllim işləyir.
    
 Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili  ilə hər kəslə doğmalıq  münasibəti yaradan Arif Muradov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
     Arif müəllim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
   Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş  xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə
ruhlandırmışdır.
     O,şəhərdə, yaşayış məntəqələrində, kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,  yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,dövlət əhəmiyyətli obyektlərin mühafizə edilməsondə, fövqalədə və hərbu vəziyyət dövründə hüquqi rejimin təmin olunmasında, yanğınların,qəzaların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmaşında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.
     Polkovnik leytenat Arif Muradov Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona həvalə vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Müharibə veteranıdlr.
    
 O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində peşəkar zabitlərin,gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların , kiçik komandir heyətinin və kiçik mütəxəssislərin  yetişməsində, eləcədə onların komandir, döyüş və ictimai sıyası  hazırlığında xüsusi  əməyi olmuşdur. O,təqaüdə çıxdıqdan sonra da hərbi quluqcuların  hərbi vətənpərvərlik  tərbiyəsində və peşəkarlığının artırılmasında öz bilik və baçarığnı onlardan əsirgəmir.
   
 
     Müharibə veteranı ehtiyatda olan polkovnik  leytenat Arif Muradovu tanyanlar  onun nə dərəcədə  tələbkar insan olduğunu çox yaxşı bilirlər. 
    
Arif Muradovun  qiymətli  cəhətlərindən biri də onun sadə, təvazökar,qeyrətli vətənpərvər olmasıdır. Böyüklə-böyük,kiciklə-kiçik,sözü ilə əməli düz gələn bir gözəl  və xeyirxah insandır,Azərbaycanmızın bu günu, sabah ilə bağlı daimi düşünən, ölkəmizi daimi qüdrətli,güclü   və firavan görmək istəyən peşəkar və təcürbəli zabitdir.
   
 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Ali Hərbi Məktəb  rəislərinin,hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla idmətlərə görə əlacı   və yubiley (müvafiq idman dərəcələri) döş nişanları ilə təltif olunub, bir cox  fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
    
 Döyüş hazırlığındakı  əla göstəricilərə görə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə görə, şücaət və   fədakarlıq xidmətlərinə görə  SSRI Alı Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə 
aşağıdakı medallarla təltif olunub:


1."SSRİ Silahlı Qüvvələr inin yaranmasının 70 iliyi (1918-1988)” yubiley medalı ilə;

2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  yaranmasının 10 iliyi (1991-2001)” yubiley medalı ilə; 

3.”Qüsursuz xidmə görə" 1-ci,  dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

 4.”Qusursuz xidmətə görə  2-ci  dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.”Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal-  Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK ARİF  MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN
 Azərbaycan  Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages