Təbrik:Mayor Ramiz Mahmudov - 61



Yüksək  peşəkarlığı,səmərəli fəaliyyəti,   humanistliyi, sadəliyi  ,vətənpərvərvərliyi,  səmmimiyyəti,xeyirxahlığı, dəqiqliyi,  təmkinliyi, işgüzarlığı,iradi və  mənəvi  keyfiyyəti  ilə  seçilən,  ömrünün ən  məsuldar   dövrünün 16 ildən  çox  şərəfli xidmət  yolunu  hərbi  xidmətə həsir etmiş,   müharibə veteranı-   istefada  olan  mayor  Ramiz  Mahmudovun iyul  ayının 13 də   dünya göz açdığı gündür 

Daim  həyatın    imtahanlarından  alnıaçıq  və  üzüağ  çıxan Azərbaycan  Vətən  Müharibəsi  Veteranları  İctimai  Birliyinin  üzvü - istefada  olan  mayor  Mahmudov  Ramiz  Namizəd  oğlunu  doğum  günü  münasibətilə Daxili İşlər Nazirliyinin   Daxili Qoşunlarının, ehtiyatda  və  istefada olan zabitləri Azərbaycan  Vətən  Müharibəsi  Veteranları İctimai  Birliyinin  Qəbələ rayon şöbəsinin rəhbərliyi, doğmaları, əzizləri iş və döyüşcü yoldaşları   səmimi  qəlbdən  təbrik  edir, səbəbkara  möhkəm  cansağlığı  və  həyat  yollarında  bitib – tükənməyən  naliyyətlər  arzu edib deyirlər, Ramiz müəllim  qoy yaşınızın   üstə  gələn  bu  yaş  da  sizə  sevinc  dolu  illər bəxş  etsin,  hər  yeni  günü  isə   suzi istəklərinə  qovuşduraraq  daha  da  xoşbəxt  etsin.

Mayor  Mahmudov  Ramiz  Namizəd  oğlu  1963-cü  ilin  iyul  ayının 13 -də Bakı   şəhərində  anadan  olub.

1980-cı  ildə  Bakı  şəhər  126  nömrəli  orta  məktəbi, 1988-ci  ildə Azərbaycan   Dövlət Pedaqoji  İnstitutunun  Fiziki  tərbiyə  çağırışaqədərki hazırlıq  və  mülki  müdafiə  fakultəsini,Daxili  Qoşunların  Baş  İdarəsinin  və  Müdafiə  Nazirliyinin  Zabitlərin  ixtisas  artırma  kursunu  bitirib.O,Daxili  Qoşunlarda xidmət  etdiyi  illər  ərzində  bir  çox  metodiki  təlim  toplanışlarında  hərbi və xüsusi  taktiki  təlimlərdə,müvafiq  kurslarda,
seminar  və  konfranslarda  fəal  iştirak  edib.

1981-1983-ci illərdə  Sovet Ordusunda  müddətli  həqiqi  hərbi  xidmətə olub,1988- 1991-ci illərdə  isə  Sovet  Ordusunda  müxtəlif  zabit  vəzifələrində  calışıb.

1991-1992 ci  ildə  Azərbaycan  Ordusunun  döyüş  bölgələrində  yerləşən  hərbi  hissələrin bieində   müvafiq  vəzifələrdəcalışıb.1993-2003-cü  illərdə  isə  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  Daxili  Qoşunlarının  Ağdam,
Binəqədi,Füzuli və  Nərimanov  rayonlarında  yerləşən  hərbi  hissələrində  bölük  komandirinin  müavini,
bölük  komandiri,tabor  komandirinin  müavini  və  alayın  döyüş  hazırlığı  bölməsinin  rəisi  vəzifələrində  Millətə, Vətənə ,Dövlətə   və  Xalqa  sədaqətlə  xidmət  edib.
 Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  Ağdam,Ağdərə  və  Füzuli  rayonları   istiqamətində   gedən  döyüşlərdə   iştirak  edərək  ona  həvalə  edilmiş  vəzifə  və  tapşırıqların  öhdəsindən  layiqincə  gəlmişdir.

Müharibə  veteranı-mayor Ramiz Mahmudov Daxili  Qoşunlarda  xidmət  etdiyi  illər  ərzində  öz  tabeliyində  olanlara  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına  əməl  edilməsi,  Hərbi  Andın,  hərbi  və  daxili  qoşunların  döyüş  xidməti  nizamnamələrinin  tələblərinin,  əmr  və  sərəncamların  dəqiq  və  sözsüz  yerinə  yetirilməsi  işində  daimi  nümunə  olmuşdur. 

Qanunvericiliklə  müəyyən edilmiş qaydada  Daxili  İşlər  Nazirliyinin  Daxili  Qoşunlara  həvalə  edilmiş  vəzifələrin  yerinə  yetirilməsində,təchizat anbarların və dövlət obyektlərin və inzibati binaların mühafizə şəhərdə  və  yaşayış  məntəqələrində, kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin  təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşısının  alınmasında,  cinayətkarlığa  qarşı  mübarizədə, silahlı  birləşmiş  dəstələrin  axtarışında  və  zərərsizləşdirilməsində, fövqəladə  hallar  zamanı  hüquqi  rejimin  təmin  edilməsində,qəzaların, yanğınların, bədbəxt hadisələrin  və təbii  fəlakətlərin  nəticələrinin  aradan  qaldırılmasında,  dövlətin  ərazi  bütövlüyünün  təmin  edilməsində  üzərinə  düşən  vəzifə  və  tapşırıqların  öhdəsindən  layiqincə  gəlmişdir.  
 
Hərbi  və tələbə  yoldaşları  Ramiz Mahmudovu vətənpərvər,  qorxmaz,  səxavətli,  insanpərvər,  əliaçıq  və  zəhmətkeş  zabit  kimi  dəyərləndirirlər.  O,  istər  təhsil  aldığı  orta  və  təhsil  mərkəzlərində,  istərsədə  xidmət  etdiyi  və  işlədiyi   müddətdə,  istərsədə  dost-tanış,  qohum - əqrəba  arasında  özünə  layiq  hörmət  qazanıb. 

Azərbaycan  Respublikasının  müstəqilliyinin  və  ərazi  bütövlüyün  qorunub saxlanılmasında, respublikada əmin  amanlığın  təmin  edilməsində, ictimai  asayişin  təmin  olunmasında,cinayətkarlığa  qarşı  mübarizədə  öz             xidməti  və ictimai  vəzifələrini  və  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqları  yerinə  yetirərkən  fərqləndiyinə  görə  Daxili  İşlər  Nazirinin,  Daxili  Qoşunlar  Komandanın    onun  müavinlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin və hərbi  hissə komandirinin  müvafiq  əmrləri ilə əla  xidmətlərə  görə  əlacı    və  yubiley  döş nişanları  ilə  təltif  olunub, bir cox   fərmanlarla  və  qiymətli  hədiyələrlə  mükafatlandırılıb,  ona  təşəkkür  elan  edilib və aşağıdakı medallarla təltif olunub:

1.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

2.”Qusursuz   xidmətə  görə”  2-ci dərəcəli medal- Silahlı  Qüvvələrdə  15 təqvim ili xidmətə görə;

3.”Azərbaycan Respubilkası Silahlı  Qüvvələrinin 10 illiyi (1991-2001)”  yubiley medalı ilə;

4.”Böyük Zəfər” medalı ilə;

5.”Azərbaycan Respubilkasının müharibə veteranı” medalı ilə;

6.”Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin  100 illiyi (1918-2018)” yubiley medalı ilə;
 7.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliynin 25 illiyi (1994-2019)” yubiley medalı ilə. 

RAMİZ  MÜƏLLİM  DOĞUM GÜNÜN MÜBARƏK OLSUN!

100 YAŞA, SAĞLAM YAŞA!

ALLAH  HƏR  ZAMAN  QƏLBİNİ  SIXINTIDAN, BƏDBİNLİKDƏN  QORUSUN!
 BÜTÜN  ARZULARIN  ÇİN  OLSUN!

HƏMİŞƏ  ÜZÜN  GÜLSÜN,  ÜRƏYİN  SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı    polkovnik  Salman  Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages