Peşəkarlığı , humanistliyi,səmərəli fəaliyyəti, sadəliyi, səmmimiyyəti, dəqiqliyi, təmkinliyi, işgüzarlığı,,iradi və mənəvi keyfiyyəti ilə seçilən, istefada olan Mayor Həsənov Nazim Əsgər oğlunun iyul ayının 8- də dünyaya göz açdığı gündür.
Daim həyatın bütün imtahanlarından alnıacıq və üzüağ çıxan, istefada olan Mayor Nazim Həsənovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Nazim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Həsənov Nazim Əsgər oğlu 1969-cu ilin iyul ayının 8-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1984-cü ildə Naxçıvan şəhərində 4 nömrəli orta məktəbin 8-ci sinifini, 1986-cı ildə Naxçıvan şəhərində 6 nömrəli orta məktəbin 10 - cu sinifini bitirib. 1986- cı ildə Sovet Ordusunun Kurqan şəhərində yerləşən ali hərbi siyasi aviasiya məktəbinə daxil olub və hərbi xidmətini Ural vilayətində başa vurub.
1992-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alarkən könüllü olaraq Azərbaycan ərazi bütövlüyü uğrunda (Qazax,Ordubad,Sədərək və Aşağı Buzqov rayonları istiqamətlərində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Mayor Nazim Həsənov 1993- cü ildə Nəsrəddin Tusi adına Azərbaycan Pedaqoji Universitetinin ibtidai hərbi və fiziki hazırlıq fakültəsini, 1997-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Xəzər rayonunda yerləşən təlim və tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu, 2002-ci ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən tədris mərkəzində bölük komandiri və tabor qərargahının rəisi kurslarını bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində, Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasınında yerləşən korpusunda keçirilən bir çox metodiki-təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə, komando-qərargah təlimlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1995-2014-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən əlahiddə (taborda, alayda) briqadada taqım komandiri, bölük komandiri, döyüş hazırlığı bölməsinin rəisi, Qərargah rəisinin xidmət üzrə baş köməkçisi vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.
2013 – cü ildən etibarən Mayor Nazim Əsgər oğlu Həsənov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Dövlət Universitetində Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasında müəllim vəzifəsində çalışır.
Nazim Həsənov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Hərbi və müəllim yoldaşları Nazım Həsənovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldığı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost-tanış, qohum - əqrəba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində kütləvi iğtisasların qarşısının alınmasında, dövlət əhmiyətli obyektlərin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Öz funksional və ictimai vəzifələrinin icrası zamanı fərqləndiyinə və nümünəvi xidmətlərinə görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin, Naxçıvan Muxtar Respublikasının Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət rəisinin, Naxçıvan Dövlət Universitetin rektorunun və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, diplomlarla və qiymətli hədiyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütvlüyünün qorunub saxlanmasında, respublikada əmin – amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarliğa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.“Azərbaycan Reslubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 - 2001)” yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;
3.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahli Qüvvələrəd 10 təqvim ili xidmətə görə.
DOĞUM (YUBİLEY) GÜNÜN MÜBARƏK OLSUN NAZİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder