Təbrik:Mayor Etibar Vəliyev- 56




İnsan ücün ən yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi günüdür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.Ad günü  qeyd olunan insanlardan biridə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  (AVMVİB)  Tovuz rayon şöbəsinin sədri- istefada da olan mayor Etibar Vəliyevdir. Onun  iyul  ayının 19 - da dünyaya göz açdığı günüdür.

Daima həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan     mayor Etibar Vəliyevi belə bir əlamətdar günü    munasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi,Fədai.
az kollektivi,doğmaları, əzizləri, iş və döyüşcü yoldaşları səmimi- qəlbdən təbrik edir,  səbəbkara  həyatda insan üçün ən şirin nemət  olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Etibar müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni  iliniz  isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək xoşbəxt edəcək şəkildə keçsin.
 
Etibar Vəliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  bir zabit kimi üzərinə düşən vəzifə və tapşrıqların öhtəsindən  layıqınca  gəlmişdir.Meharibə veteranıdır.
     
Etibar Vəliyev Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin  tələblərinin  dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən  məsuliyyət və şərəf hissi ilə   gəlir.
     O,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon  şöbəsinin sədri vəzifəsini  n öhtəsindən layiqincə gələrək   kollektiv ictimaiyət,  müharibə veteranları, dost -tanış ,qohum-  əqrəba   arasında  özünə layiq hörmət qazanıb
    
 Hərbi  və İctimai  vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Müdafiə Nazirinin,  Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, korpus və briqada  komandirlərinin, Tovuz Rayonun İcra Başçısının,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədrinin, bir sıra  Respublika  İctimai təşkilat sədirlərinin  müvafiq əmrləri ilə  medallarla  və döş nişanları ilə təltif edilib, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. ETİBAR!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Hiç yorum yok:

Yorum Gönder

Pages