Təbrik:Mayor Elçin Süleymanov - 52



 
Daxili İşlər Nazirliyinin (Din-in)  Daxili Qoşunlarının həyatında öz dəst - xətt olan,   peşəkarlığı, hümanistliyi, sadəliyi, səmimiyyəti ,işgüzarlığı,iradi, mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi ilə  seçilən, ömrünün ən məhsuldar  dövrünün 20 ildən  çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş, müharibə veteranı- ehtiyatda olan mayor  Süleymanov Elçin Zakir oğlunun  iyul ayının 24-də  dünya göz açdığı gündür. 
      
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan mayor  Süleymanov  Elçin  Zakir oğlunu doğum günü münasibətilə  Din-in Daxili  Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edub deyirlər, Elçin qoy  yaşının üstə gələn bu yaş  da  sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

 Mayor Süleymanov Elçin Zakir oğlu 1972 -ci ilin  iyul ayının 24 -də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.

1986 -ci ildə   Bakı şəhərində  7 - ci sinifi,  1989 - cu ildə  Çəmşid Naxçıvanski adına hərbi liseyi,  1993 - cü ildə  Bakı  Ali Ümümqoşun  Komandirlər Məktəbini,  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində   Müdafiə Nazirliyinin Qaraheybətdə , Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının isə  Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzlərində  zabitlərin təhkimləşdirmə  (ixtisasartırma) kursunu  bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən  bir çox təlim- metodiki toplanışlarda,hərbi  və   xüsusi- taktiki təlimlərdə , komando-  qərargah məşqilərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
    
 1993 - cü ildə  Azərbaycan  Ordusunun  Sumqayıt qarnizonunda  yerləşən hərbi hissələrin birində  motoatıcı taqım komandiri vəzifəsində olub.
     
1994- 2010 - ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Binəqədi,  Xəzər,  Nərimanov  və Quba rayonlarında yerləşən hərbi hissələrində xüsusi motorlaşdırılmış taqım komandiri, tədris  taqım komandiri-müəllim, böluk komandiri,  tabor qərargahının  rəsi,  alayın kəşfiyyat rəisi , Daxili Qoşunların Bas İdarəsinin  döyüş hazırlığı şöbəsində isə baş zabit vəzifələrində Millətə,Dövlətə,  Vətənə və Xalqa sədaqətlə xidmət edib .
     
Mayor Elçin  Suleymanov hal -hazırda  Azərbaycan Respublikasının "Azərsu " Qapalı Səhmdar Cəmiyyətinin  Nəqliyyat və Xüsusi Texnika  İdarəsində 2 - saylı sahənin rəisi vəzifəsində işləyir.
     O,Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Müharibə veteranıdır.
    
 Mayor Elçin Suleymanov   Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir sıra hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
     Qanunvericiliklə müəyyən  edilmiş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət obyektlərin, hərbi təchizat anbarların və inzibatı binaların mühafizə olunmasında, şəhərdə və yaşayış məntəqələrində, kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında  və ictimai təhlükəsizliyin   təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar, yanğınlar, bədbəxt hadisələr,təbii fəlakətlər  və  başqa  fövqalədə hallar  (fövqəladə vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
Hərbi  və iş yoldaşları  mayor Elçin  Süleymanovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
    
Xidməti və ictimai  vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin, hərbi lisey, hərbi məktəb və təlim -tədris mərkəz  rəislərinin müvafiq əmrləri ilə əla xidmətlərə  görə əlacı və yubiley  döş nişanları ilə təltif olunub, bir cox  fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
    
 Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   10 illiyi (1991 -2001)” yubiley  medalı ilə;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  90 illiyi (1918 -2008)” yubiley   medalı ilə;

3."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

4."Qüsursuz  xidmətə 
görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;
 
5."Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN  MÜBARƏK OLSUN  ELÇİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və  Müharibə Veteranı polkovnik Salman Musayev.  


Hiç yorum yok:

Yorum Gönder

Pages