Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst -xətt olan, peşəkarlığı, dərin zəkası,səmərəli fəaliyyəti, səmimiyyəti,sadəliyi,xeyirxahlığı,iradi və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 32 ildən çoxnu xidmətə həsir etmiş, Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr veteranı,mayor Orucov Anar Bəxtiyar oğlunun iyul ayının 12 - də dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan- mayor Orucov Anar Bəxtiyar oğlunu doğum günü münasibətilə Daxli İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Anar müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Anar Bəxtiyar oğlu Orucov 1969 -cu ilin iyul ayının 12 də Zəngəzur mahalının Meğri rayonun Leyhvaz kəndində ziyalı bir ailədə anadan olub.
1986 - cı ildə Zəngəzur mahalının Meğri rayonun Leyhvaz kənd orta məktəbi, 1993 - cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini,Din-in Baş dövlət yanğın təhlükəsizliyi idarəsində xidmət etdiyi illər ərzində isə Bakı yanğın texniki məktəbi bitirib.
Anar Orucov Daxili Qoşunların Bas İdarəsində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, hərbi və xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində, seminar və konfranslarda fəal iştirak edib.
Mayor Anar Orucov 1988-1989 -cu illərdə Sövet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.1993-1997-ci illərdə Daxili İşlər Nazirliyinin Baş dövlət yanğın təhlükəsizliyi idarəsində müxtəlif vəzifələrdə işləyib.
1997- 2024-ci illərdə Din-in Daxili Qoşunların Bas İdarəsinin mənəvi-pisxoloji hazırlıq şöbəsində və əşya xidmətində zabit, komendat xidmətində isə xidmət rəisi vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Anar Orucov 44- günlük Vətən müharibəsi zamanı üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Mayor Anar Orucov Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin mühafizəsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai təhlükəsizliyin təmin olunmasında,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar ( hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları Anar Orucovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Mayor Anar Orucov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yibiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının il dönümü ilə əlaqədar olaraq,dövlətin ərazi bütövlüyünün təmin olunmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:
1."Hərbi xidmlərə görə" medalı ilə ;
2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələr” medalı ilə;
3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;
5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 - 2013)” yubiley medalı ilə;
6."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 100 illiyi (1918 -2018)” medalı ilə;
7."Qüsursuz xidmətə görə"
3 - cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
8."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
9."Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medalı- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
55-İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN ANAR!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,
BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder