Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarında səmərəli fəaliyyəti, işgüzarlığı və yüksək intelluktal səviyyəsi ilə həmişə lazımınca qiymətləndirlən, müharibə veteranı ehtiyatda olan kapitan Abbasov Yalçın İsmayıl oğlunun iyul ayınınn 18 -də dünya göz açdığı gündür .
Kapitan Yalçın Abbasovu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Yalçın müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun,
sizi xoşbəxt edəcək şəkildə keçsin.
Səmimi və xeyirxah insan - ehtiyatda olan kapitan Abbasov Yalçın İsmayil oğlu 1972-ci ilin iyul ayının 18 -də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub. O, 1991-ci ildə Yerli Sənaye Texnologiya Texnikomunun arxivşünaslıq və kargüzarlıq ixtisasını bitrib.
1991-ci ilin dekabr ayindan-2012-ci ilin dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Nərimanov, Agdam, Ağdərə və Füzuli rayonlarında yerləşən hərbi hissələrində motoatıcı, sanitar-təlimatcı, tədris alayının tərbiyə bölməsində təlimatcı, Daxili Qoşunların Baş İdarəsinin mətbuat xidmətində isə zabit vəzifələrində Millətə,Dövlətə, Vətənə
və Xalqa ləyaqətlə xidmət edib. O, Daxili Qoşunlaradan Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra bir müddət Daxili Qoşunların veteranlar şurasının üzvü olub.2021-ci ilə kimi Yalçın Abbasov “Bakı Xəbər” qəzetində işləyib.
Kapitan Yalçın Abbasov Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda (Agdam, Agdərə və Füzuli rayonları istiqamətində gedən) döyüşlərdə sanitar təlimatcı kimi üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır. Müharibə veteranıdır.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların qarşısında duran əsas vəzifə və tapşrıqların yerinə yetirilməsi ilə əlaqədar Daxili Qoşunların Baş İdarəsində, hərbi hissələrində və əlahiddə bölmələrində müvafiq reportajların cəkilməsində qələmə aldıgı bütun məlumatların Daxili İşlər Nazirliyinin "Mübariz keşikdə"(indiki polis) qəzetində və Daxili Qosunların "Əsgər " qəzetində eləcə də müxtəlif mətbuat orqanlarında dərc olunmasında, Yalçın Abbasovun rolu danılmazdır.
Yalçın Abbasov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə olunmasında, şəhərdə, yaşayış mətəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təhlükəs izliyinin təmin edilməsində və ictimai təhlükəsizliyin qorumasında, yaşayış məntəqələrində və islah-əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə və axtarışda olan şəxslərin tutulmasında, qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqəladə vəziyyət (komendat saatı) zamanı hüquqi rejiminin təmin edilməsində, habelə Azərbaycan Respubilkası ərazisinin müdafiəsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqıncə gəlmişdir.
Peşəkarlığı,işgüzarlığı, humanistliyi,iradi və mənəvi keyfiyyəti ilə seçilən, ehtiyatda olan kapitan Yalçın Abbasov ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə həsir etmişdir.
Hərbi və döyüşcü yoldaşları Yalçın Abbasovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Yalçın Abbasov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Azərbaycan Respubilkası Konstitusiyasına və qanunlarına, hərbi andın,
hərbi və daxili qoşunların doyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna dəqiq və sözsüz əməl etməkdə bir cox hərbi qulluqçulara şəxsi nümunə olmuşdur.
Yalçın Abbasov
öz xidməti və ictimai vəzifələrinin icrası zamanı xüsusi fərqləndiyinə və nümnəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və xidmət rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə təltif olunub,bir cox fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)” yubiley medalı ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə " 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,
4."Qüsursuz xidmətə görə " 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
5."Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medalı- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
YALÇIN DOĞUM GÜNÜN MÜBARƏK !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder