Təbrik:Kapitan Xuraman Məmmədova



       Peşəkarlığı, hümanistliyi,  sadəliyi, səmimiyyəti,iradı, vətənpərvərliyi, dəqiqliyi, təmkinliyi,səmərəli fəaliyyəti,  işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 49 - illnin   on beş ilini hərbi xidmətdə,  otuz dörd ilini isə Şirvan    (kecmiş Əlbayramlı ) şəhər Yol idarəsində, Hərbi Cihazlar Zavodunda, Peşə liseyində keçirən, müharibə veteranı-  istefada olan  Kapitan Məmmədov Xuraman  Dadaş qızının  iyul ayının  6-da  dünyaya göz açdığı gündür.
     
 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan kapitan Məmmədova Xuraman Dadaş qızını  doğum günü münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Şirvan şöbəsinin sədri ehtiyatda olan kapitan Zaur Vahidov, doğmaları,əzizləri,yaxınları və iş   yoldaşları   səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Xuraman xanım qoy yaşının üstə gələn bu yaş  da  sizə sevinc dolu  illər bəxş etsin, hər yeni günün isə  sizi  istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
    Məmmədova Xuraman Dadaş qızı  1957 -ci ilin  iyul ayının  6 - da   Qaradağ rayonun  Ələt qəsəbəsində zəhmətkeş bir  ailədə  anadan olub.
    
1974 - cü ildə  Şirvan ( keçmiş Əlbayramlı) şəhərində orta məktəbi,  1976 - cı ildə isə  Şirvan ( kecmiş Əlibayramlı) şəhərində sənaye texnikomunu bitirib.  O, Daxili Qoşunların da xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində  keçirlən  bir çox metodiki - təlim toplanışlarında,  seminar və konfranslarda fəal iştirak edib.
   
Xuraman xanım  1974- 1992 - ci illərdə  Şirvan (kemiş Əlbayramlı) şəhərində yerləşən  Yol İdarəsində və  Hərbi Cihazlar Zavodunda məsul icracı,  ümümü şöbənin müdiri, kadırlar şöbəsinin rəisi vəzifələrində  işləyib.
     

1992 -ci ilin iyun ayından  2007 - ci ilin  dekabr ayının sona kimi  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin  Şirvan (  kecmiş Əlibayramlı) şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində nizami hissə rəisinin köməkçisi,  alayın  qərargah rəisinin şəxsi heyətin qeydiyyatı və uçotu üzrə baş köməkçisi,alayın tərbiyə  bölməsində baş təlimatçı  vəzifələrində Millətə,Dövlətə,  Vətənə  və Xalqa layıqınca   xidmət edib.
    Xuraman Məmmədova  2008 - ci ildən etibarən Şirvan şəhəri - Şirvan Peşə liseyində  kadrlar şöbəsinin rəisi vəzifəsində işləyir.Kadırlar şöbəsində işlədiyu illər ərzində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlir.
    
Xuraman xanım   Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
     
Hərbi və iş yoldaşları Xuraman xanımı  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit  və yaxşı işçi kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və digər təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
    
Öz  xidməti  və ictimai   vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə  görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin,Şirvan  -Salyan Regional  təhsil idarə və Şirvan peşə lisey müdirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə   görə  əlacı və yubiley döş nişanları ilə, bir cox fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və  Xuraman xanıma təşəkkür elan edilib.
    Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və döyüş hazırlığında uğurlar qazandığına görə aşağıdakı medallarla təltif olunub:
 
 1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   10 illiyi (1991 - 2001)” yubiley  medalı ilə;

2."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

3.”Qusursuz xidmətə görə” 2 -ci dərəcəli  medal -Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə.

XURAMAN XANIM  66 YAŞIN MÜBARƏK!!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr  və Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages