Təbrik:Kapitan Novruz Bağırov



Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  həyatında öz dəst  xətti olan, yüksək  peşəkarlığı, humanistliyi, dərin zəkası,  vətənpərvərliyi, sadəliyi, səmimiyyəti , dəqiqliyi, təmkinliyi,  insanpərvərliyi,iradi, təşkilatclıq bacarığı və mənəvi  keyfiyyətləri ilə  seçilən, ehtiyatda olan kapitan Bağırov Novruz Eytiqat  oğlunun iyul ayının 9 -da dünyaya göz acdığı gündür.

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan,  kapitan Bağırov  Novruz Eytiqat  oğlunu doğum günü münasibətilə  Din-in Daxili Qoşunların ehtiyatda və istefada  olan zabitləri, doğmaları və iş yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və  həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər,Novruz  qoy   hər yeni yaşınız sizə  sevinc dolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Kapitan Bağırov  Novruz Eytiqat  oğlu  1982-ci ilin  iyul ayının  9-da   Bakı şəhər Sabuncu rayonun Bəkxanov qəsəbəsində  zəhmətkeş bir  ailədə  anadan olub. 
1996-cı ildə  Bakı şəhər Binəqədi rayonun 135 nömrəli   orta məktəbi, 2000- ci ildə  Nərmanov rayon  7 saylı Peşə litseyini,2006 -cı ildə  Din-in Daxili Qoşunların gizirlər məktəbini,  2008 -ci ildə Azərbaycan Respublikası  Daxili işlər Nazirliyinin  Daxili Qoşunlarının orta ixtisas hərbi məktəbini, 2016-cı ildə isə Türkiyə Silahlı Qüvvələrinin hərbi məktəblərinin birində rabitə xidməti üzrə ixtisas artırma kursunu     bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində  kecirlən  bir çox  təlim- metodiki toplanışlarda,hərbi və xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə,  seminar və konfranslarda fəal iştirak edib.
2000-2002 ci ilərdə Azərbaycan Ordusunun  Goronboy və Naftalan  rayonlarında yerləşən hərbi hissələrin birində  müddətli həqqi hərbi xidmətdə olub. 2002 - 2018 ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının    hərbi hissələrində  ATS və emalatxana rəisi, taqım komandiri,hərbi hissənin rabitə və AIS xidməti rəisi   vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə  xidmət edib.
Novruz Bağırov  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərəncamlarının  dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində  kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş silahlı dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqəladə hallar (fövqalədə vziyyət və komendat saatı)   zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların,bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə  Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Daxili İşlər Nazirliyinin  Daxil Qoşunlarının və Türkiyə Silahlı Qüvvələrinin  hərbi məktəb rəislərinin, hərbi hissə komandirnin  müvafiq əmrləri ilə «Əla xidmətlərə görə» əlacı və yubiley döş nisanları  ilə təltif olunub, bir çox  fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb  və ona təşəkkür  elan edilib.
Hərbi və iş yoldaşları Novruz  Bağırovu vətənpərvər, qorxmaz, səxavətli, əliacıq,  zəhmətkeş,  ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və hərbi təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı  mühitdə, istərsə də qohum- əqrəba, dost- tanış  arasında özünə layiqli hörmət qazanıb.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, Respublikada əmin- amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Reslubilkası Silahlı Qüvvələrinin  90 illiyi ( 1918- 2008)” yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi  ( 1918- 2013 )” yubiley   medalı ilə;
3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  100 illiyi  ( 1918 - 2018 )”yubiley   medalı ilə;
4.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal  -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.”Qüsursuz  xidmətə görə” 2-ci dərəcəli medal  -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.

DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN NOVRUZ  !

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNƏ GÖRƏ VERSİN!

BÜTÜN ARZULARINA ÇATASAN, İNŞALLAH!

Azərbaycan  Respublikasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev





Hiç yorum yok:

Yorum Gönder

Pages