Yuksək peşəkarlığı, sadəliyi və səmimiyyəti ilə seçilən - ehtiyada olan leytenat Məmmədzadə Fuad Tofiq oğlunun iyul ayının 18 -də 45 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan leytenant Məmmədzadə Fuad Tofiq oğlunu doğum günü münasibətilə Daxli İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Fuad qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin və hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Məmmədzadə Fuad Tofik oğlu 1979 - cu ilin iyul ayının 18- də Azərbaycan Respublikasının Lənkaran rayonunun Viravul kəndində zəhmətkeş bir ailədə anadan olub.
1995 - ci ildə Lənkaran rayon Viravil kənd tam orta məktəbi, 2000 - cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis iqtisadiyyatı fakültəsinin “yanacaq enerji kompleksi saneyisinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasını (bakalavur pilləsi üzrə) bitrib. O, Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir sıra təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə xüsusi- taktiki təlimlərdə,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
2002-2003 -ci İllərdə Din-in Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində yerləşən hərbi hissənin 1-ci tabor 3-cü bölüyündə taqım komandiri, vəzifəsində Vətənə və Xalqa sədaqətlə xidmət edib.O,2003 -ci illin dekabr ayında “Hərbi Xidmətkeçmə Haqqında” əsasnamənin 156-cı maddəsinin a) bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) Din-in Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxlıb.Hal-hazırda leytenat Fuad Məmmədzadə Azərbaycan Beynəlxalq Bankın (ABB) 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində yerləşən ABB şöbə müdiri vəzifəsində işləyir.
Fuad Məmmədzadə Qanunvercliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin, hərbi təchizat anbarların mühafizəsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai təhlükəsüzliyin təmin edilməsində, bədbəxt hadisələr,yanğınlar, qəzalar və təbii fəlakətlər zamanı üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi və iş yoldaşları Fuad Məmmədzadəni vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Fuad Məmmədzadə Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla və nümnəvi xidmətlərinə görə yibiley nişanı ilə təltif edilib, fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan olunmuşdur.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN FUAD!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,
BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder