Təbrik: Zərnişan Əliyeva


  

İnsan üçün ən yaddaqalan günlərin başlıcası onun həyata  gəldiyi gündür.Belə insanlardan biri də  Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının Nərmanov rayonunda yerləşən hərbi hissələrin birində  məsul icraçı  və kargüzarlıq xidmətləri sahəsində   öz dəst- xətti və xüsusi xidmətləri olan,  yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, humanistliyi,dəqiqliyi,təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün  21
 ildən çoxunu  hərbi xidmətə həsir  etmiş - istefada olan baş gizir  Əliyeva  Zərnişan  Zeynal  qızıdır. İyul ayının 17- də  onun 59 yaşı tamam olur.

Daim həyatın  imtahanlarından alnıacıq və üzüağ cıxan,əhatəsində olan insanların hörmətini qazanan,dostlarına və yaxınlarına isti münasibətdə olan Zərnişan xanımı belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, iş yoldaşları,doğmaları, dostları,onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu  edib deyirlər,Zərnişan  xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
   
Yüksək nufuz sahibi olan, xidmət etdiyi və hal- hazlrda işlədiyi kollektivdə təvazökar,qayğıkeş və xeyirxah insan kimi tanınan  Əliyeva Zərnişan Zeynal qızı 1965- ci ilin  iyul ayının 17-də zəhmətkeş bir peşəkar  polis  ailəsində  anadan olub.
 
Baş gizir Əliyeva Zərnişan Zeynal qızı 1982 -cu ildə Xırdalan  şəhər 3 nömrəli  orta məktəbi, 1989-ci Bakı Energetika texnikomunu    bitrib.  
    
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış, vətənpərvər Zərnişan Zeynal  qızı  Əliyeva 1982-1991-ci illərdə Tikinti Nazirliyində  müxtəlif vəzifələrdə işləyib. 

 1992- 2014 - ci illərdə  Din-in Daxili Qoşunların  Baş İdarəsinin Nərmanov rayonunda yerləşən hərbi hissələrin birində kargüzar  və    məsul icracı vəzifələrində Millətə, Dövlətə, Vətənə  və Xalqa sədaqətlə xidmət edib.

Torpağına,xalqına bağlı gözəl xanım Zərnişan Zeynal qızı Əliyeva   Daxili Qoşunların hərbi hissələrində   xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə  olmuşdur.

Zərnişan  xanım öz xidməti vəzifələrini və hərbi hissə  qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş  hərbi qulluqcu olub.

 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Əliyeva Zərnişan  Zeynal    qizı  Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox   həmkarları və iş yoldaşları
 üçün nümunə olmuşdur.
  
 Baş gizir  Zərnişan Əliyeva  öz  xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, şücaət  və fədakarlıq  göstərdiyinə və digər xidmətlərinə görə   əla xidmətlərə görə əlacı  və yubiley döş nişanları ilə  təltif olunub, bir çox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur  elan edlib və aşağıdakı medallarla təltif edlib:

 1.”Qusursuz xidmətə görə” 1 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

3.”Qusursuz xidmətlərə görə  3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   10 iliyi (1991 -2001)”  yubiley medalı ilə; 

5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi (1918 - 2013)” yubiley medalı ilə.

ZƏRNİŞAN  XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.

BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN...
 
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages