Təbrik: Veysal Mirzəhmədov- 54



    
İnsan üçün ən yadda qalan tarixlərdən  biri onun  doğum günüdür. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi, sadəliyi ilə   seçilən- ehtiyatda olan   mayor Veysal  Mirzəhmədovdur. İyul ayının  9- da onun  dünya göz açdığı gündür. 
      
Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatdada olan mayor  Veysal Mirzəhmədovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,  doğmaları və  iş  yoldaşları   səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Veysal qoy yaşının üstə gələn bu yaş da sənə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da  xoşbəxt etsin.
      
Mayor Mirəhmədov Veysal Xoca   oğlu 1970 - ci ilin  iyul ayının  9 -da Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.1987-ci ildə Bakı şəhər 60 nömrəli  orta məktəbi,1997-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini,1998-ci ildə   Din-in Daxili Qoşunların Baş İdarəsinin  döyüş hazırlığı  idarəsinin  Xəzər rayonunda  yerləşən təlim- -tədris mərkəzində zabitlərin ilkin hazırlıq kursunu,
2001 və 2003 - cü illərdə isə Türkiyə Jandama Qüvvələrinin hərbi məktəbələrinin birində  mühəndis- istehkam  sahəsi  üzrə  ixtisas artırma kurslarını bitrib. 
      
Mayor Veysal  Mirzəhmədov 1989- 1991-ci illərdə Sovet Ordusunda həqiqi hərbi  xidmətdə olub.1998-2015 - ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsənin Nərimanov, Sabunçu, Xəzər  Lənkaran və Hacqabul rayonlarında  yerləşən   hərbi hissələrində  mühəndis xidməti üzrə müxtəlif vəzifələrdə Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə  xidmət edib.Veysal 2016 -cı ildən etibarən Bakı şəhəri Yasamalı rayon   təhsil müəssislərinin birində  müəllim işləyir . 
       Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində  və cəzaçəkmə müəssisələrində  kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa  fövqalədə hallar  (fövqəladə vəziyyət, komendat saatı)  zamanı hüquqi rejimin təmin edilməsində,quraşdırılmış partlayıcı maddələrin və  qurğuların axtarışında və zərərləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin təmin  edilməsində və ictimai təhlükəsizliyin təmin olunmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
       
Veysal  Mirzəhmədov  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
  
      
Hərbi və müəllim yoldaşları Veysal  Mirzəhmədovu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
      
Öz xidməti vəzifə borclarının   və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqların  yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və digər   nümnəvi  xidmətlərinə  görə  Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların təlim-tədris mərkəzi rəisinin, Türkiyə Jandarma  Qüvvələrinin hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətələrə görə   əlacı  və yubiley döş nişanları ilə, bir çox  fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edlib və aşağıdakı medallarla təltif olunub:
 
1.Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi  (1991-2001)” yubiley medalı ilə;

2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  90 illiyi (1918-2008)” yubiley medalı ilə;

3.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrin 95illiyi  (1918-2013)” yubiley  medalı ilə;

4.”Qüsursuz  xidmətə görə” 2 dərəcəli medal- Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;

5.”Qüsursuz xidmətə görə” 3 cü dərəcəli medal-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə. 

VEYSAL  DOĞUM GÜNÜN  MÜBARƏK !!!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages