Təbrik :Tibb xidməti polkovniki leytenantı Mirtənzil Seyidəliyev- 73




     Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (Din-in) tibb idarəsinin  və  Din -in Daxili Qoşunlarının   həyatında   tibb sahəsində sayagəlməz uğurları ilə şöhrət qazanan peşəkar ali dərəcəli həkim -polkovnik- leytenant Mirtənzil  Seyidəliyevin iyul ayının 18 -də dünyaya  göz acdığı gündür. 

Daim həyatın imtahanlarından alınıaçıq və  üzüağ çıxan Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə  Veteranı- istefada olan tibb xidməti polkovnik- leytenantı Mirtənzil Seyidəliyevi belə bir əlamətdar   gün münasibətilə Din-in Daxili Qoşunlarının istefada və ehtiyatda olan zabitləri (həkimləri), doğmaları, iş və döyüş yoldaşları, onun pərəstişkarları  səmimi qəlbdən təbrik  edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,                                  
Mirtənzil həkim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu  illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
    
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Qaradag rayonunda  yerləşən hərbi hissənin ilk komandiru ( hərbi hospital rəisi) vəzifəsində Millətə,Dövlətə  Vətənə və Xalqa sədaqətlə xidmət etmiş  Seyidəliyev  Mirtənzil Bədəl oğlu  1951- ci ilin iyul ayının  18 də Azərbaycan Respubilkasının Agsu rayonun Pirhəsən kəndində zəhmətkeş  bir ailədə  anadan olub.
   
Əhatəsində olan insanların, döyüşcü və iş yoldaşlarınının hörmətini qazanan, dostlarına, yaxınlarına isti münasibətdə olan 1 – ci qrup müharibə əllili, peşəkar ali dərəcəli  həkim Mirtənzil  .Seyidəliyev 1978- ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə- profilaktika- fakültəsini bitrib.Həmin müddətdə təyinatla Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin narkomaniya üzrə baş mütəxəsisi vəzifəsində işləyib.1992 -ci ilin mart  ayından  1994 -ci ilin sentyabr ayina kimi  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bas İdarəsinin  Hərbi Hospitalınin ilk rəsi, 1994-cü ilin oktyabr ayından-1999 -cu ilin dekabr  ayına kimi DİN -in Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissənin tibb xidməti rəsi, Daxili Qoşunların Baş İdarəsinin tibb şöbəsində isə baş zabit vəzifəsində xidmət etmişdir.O, 2000- ci 2006 - ci illərdə  Ədiliyə Nazirliyinin Mərkəzi xəstəxanasında Narkologiya şöbəsinin rəisi olub.
     
Mirtənzil həkim vətənmizin erməni təcavüzünə məruz qaldığı vaxtlarda cəsur döyüşçü oğulları müalicə edib.Bu müqqədəs vəzifəni həyata keçirmək məsuliyyəti tibb sahəsində çalişan vətənsevər oğulları daha çox düşündürürdü. Bu baxımdan Daxili Qoşunların döyüşən şəxsi heyətinin sağlamlıgının təmin edilməsi üçün hərbi hospitalın təşkili və yaradılması ən ümdə məsələlərdən idi.  Belə tarixi vəzifəni həyata kecirmək tibb xidməti polkovnik- leytenantı Mirtənzil Seyidəliyevin talehinə nəsib oldu.

 M.Seyidəliyev ulu babalarımızın yaşayıb-yaratmaq ənənəsinə sadıq qalaraq, ıbtidai şəraıtdən başlayaraq, hərbi hospitalını ərsəyə gətirilib fəaliyyətə başlaması dövrünə qədər bir xidməti öhdəsinə götürmüşdür. O, hərbi hospitalın  yaradılıb istafədəyə verilməsində bir hərbi hissə komandiri ( hərbi hospitalın rəsi) kimi ona  olan etimadı yüksək səviyyədə doğrultmuşdur.
     
 Heç kəsi özündən  incitməyən,xoş rəftarı və şirin dili ilə hər kəslə doğnalıq münasibəti yaradan tibb xidməti polkovnik -leytenantı Mirtənzil Seyidəliyev  Daxili İşlər Nazirliyində,  Ədiliyyə Nazirliyində və  DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına,hərbi andın,hərbi nizamnəmələrin tələblərinə, vəzifə borcuna və həkim andına əməl etməkdə, şəxsən o, tabeçiliyində olanlara nümünə olmuşdur.  

Əsli vətəndaşlıq mövqeyi ilə seçilən, xeyirxah insan və qayğıkeş  həkim  işlədiyi kollektiv  arasında daımı  öznəlayıq hörmət qazanmışdır.

 Tibb xidməti Polkovnik- leytenantı  Mirtənzil Seyidəliyev   Daxili İşlər orqanında,  Ədiliyə Nazirliyində və Daxili Qosunlarında  xidmət etdiyi illər ərzində , üzərinə düşən zabit (həkim)  şərəfini ləyaqətlə qoruyan, onu məsuliyyətini dərindən dərk edən, təlabkar, təcurbəli və vicdanla calışan baş zabitlərdən biri olmuşdur.
     
 Yüksək peşəkarlığı, humanistliyi, təvazökarlığı, dəqiqliyi, təmkinliyi,sadəliyi, səmimiyyəti, işgüzarlığı ,iradi və mənəvi keyfiyyətləri ilə seçilən  1-ci qrup müharibə əlili - polkovnik- leytenant Mirtənzil Seyidəliyev ömrünün ən məhsuldar dövrünün 35 illik şərəfli xidmət yolunun, 7 (yeddi) ilini tələbə kimi Azərbaycan Dövlət Tibb İnstitutunda, 28 (iyrimi səkkiz ilini) isə  zabit və baş zabit  kimi Daxili İşlər orqanında, Daxili Qoşunlarda və Ədiliyə Nazirliyində kecirib.
       Dövlətçilyimizin möhkəmləndirilməsi üçün var qüvvəsi ilə yorulmadan calışmış, qayğıkeş  Mirtənzil həkim Daxili işlər  orqanlarında,  Ədiliyə  Nazirliyinin Mərkəzi xəstəxanasında və Daxili Qosunlarda xidmət etdiyi illərdə öz  xidməti vəzifələrini və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları  yerinə yetirərkən   fəriqləndiyinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ədiliyə Nazirinin və onun müavinlərinin, hərbi hissə komandirinin, tibb idarə və şöbə  rəislərinin əmrləri ilə  müvafiq medallarla, bir cox fərmanlarla, qiymətli hədiyələrlə,diplomlarla mukaflandırlıb və ona təşəkkur elan edlib.
         
Peşəkar  ali dərəcəli həkim istefada olan tibb xidməti polkovnik- leytenantı Mirtənzil Seyidəliyevin ön cəbhədə döyüşçülərə göstərdiyi qayğı və diqqət, həmçinin, Vətən, dövlət və xalq qarşısındaki əvəzsiz xidmətləri Daxili İşlər orqanin əməkdaşları  və  Daxili  Qosunların hərbi qulluqçuları, mülki işçiləri və onu tanıyanlar tərəfındən hec vaxt unudulmayacaq . Bu vətənpərvər baş zabiti respubilkamızda çoxları tanıyır. Eləcədə Daxili Qoşunların hospitalnda müalicə olunan yüzlərlə-minlərlə oğullarmız onun səmimi qaygısının şəfalı əllərinin ərsəyə gətirdiyi hospitalın dönməz fəaliyyətini gənc nəsillərə də tanıtdıracaqdır.

 Doğum günün   mübarək olsun  Mirtənzil həkim!!!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı    Polkovnik Salman Musayev 


Hiç yorum yok:

Yorum Gönder

Pages