Həkimlik ən gözəl, ən şərəfli peşələrdən biridir. İnsanların sağlamlığı üçün daima çalışan insanlar seçilən və sevilən insanlardandır. Siz də öz insanlığınız, peşənizə olan sevginizlə sənətinizi daim dürüst bir şəkildə yerinə yetirərək sevilən seçilən insanlardan olmusuz və olacaqsız. Arzu edirəm daim zirvələrdə, yüksəklərdə olasınız. Bu gün coşqun, bəzən sevincli, bəzən kədərli, bəzən duyğulu amma yorğun bir il daha ötüb keçir həyatınızdan. Ad gününüz mübarək olsun dəyərli həkim. Arzu edirəm yeni yaşınızda xoşbəxtliklərin ən gözəlini yaşayar, ən yaxşı layiqli zirvələrdə olasız. Ən əsası sizə uzun və sağlam ömür arzu edirəm. Sevdiklərinizlə, ailənizlə gözəl günlər keçirəcəyiniz illərin, günlərin sayı çox olsun.
Siz o insanlardansınız ki, daima xalqa xidmət göstərən, peşəsini şərəflə, layiqincə yerinə yetirməyə çalışanlardansınız. Böyük ürəyə sahib yaxşı ailə başçısı, yaxşı dinləyicisiz. Siz çevrənizdəki insanlara hər zaman ilham verdiniz və onları hər zaman dəstəkləyib doğru yönləndirdiniz.
Ad günləri yeni başlanğıc və hədəflər üçün özəl bir gündür.
Şaiq həkim iyul ayının 9 - da sizin 53 yaşınız tamam olur. Bu əlamətdar gün münasibətilə sizi Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, həkimləri (tibb işciləri),doğmaları,əzizləri, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, Şaiq həkimə həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər, şərəfli və fədakar fəaliyyətində isə uğurlar arzulayır. Şaiq həkim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Tibb xidməti mayoru Muxtarlı Şaiq Gülməmməd oğlu 1971 - ci ilin iyul ayının 9 da Bakı şəhəri Xətai rayonunda zəhmətkeş bur ailədə anadan olub .
1988-ci ildə Bakı şəhər Təhsil İdarəsi üzrə Xətai rayonun 260 nömrəli orta məktəbi, 1995 - ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitrib. O, Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalında xidmət etdiyi illər ərzində bir necə dəfə Həkimlərin təkmilləşmə İnstitutunda müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Şaiq həkim öz ixtisası üzrə 1997 - 2000 - ci illərdə Azərbaycan Ordusunun Naxcvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin birində müxtəlif vəzifələrdə,2000-2019 cu illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hospitalında baş ordinator vəzifəsində Millətə, Dövlətə, Vətənə və Xalqa, sədaqətlə xidmət edib. Şaiq həkim 2020 -ci ildən etibarən Hüquq mühafizə orqanların birinin Tibb Baş İdarəsinin poliklinikasında öz xidməti vəzifələrini layiqincə yerinə yetirir.
Ali dərəcəli həkim tibb xidməti mayoru Şaiq Muxtarlı Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, Hərbi andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümnə olmuş, hippokrat andına isə həmişə sadiq qalmışdır.
Hərbi və həkim yoldaşları Şaiq həkimi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit və peşəkar həkim kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmrləri ilə bir çox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə, əlaçı və yubiley döş nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin (hərbi hospitalın) qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərvaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 -2001)” yubiley medalı ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918 -2008)” yubiley medalı ilə;
3."Azərbaycan Reslubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 -2013)” yubiley medalı ilə;
4."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə 2 -ci dərəcəli medalı - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6."Qüsursuz xidmətə görə"3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
7."Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı" medalı ilə.
ŞAİQ HƏKİM DOĞUM GÜNÜN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbayacan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder