Təbrik : Tibb xidməti mayoru Rövşən Beybudov -54




Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının hərbi hissələrində tibb sahəsində  öz dəst - xətti olan, peşəkarlığı,humanistliyi,təvazökarluğı, dəqiqıiyi,iradi, mənəvi keyfiyyəti, xeyirxahlığı, təmkinliyi, sadəliyi,səmimiyyəti və işgüzarlığı ilə  seçilən, tibb xidməti mayoru Rövşən Beybudovun   İyul ayının 23 -  də   dünyaya  göz acdığı gündür.
 Daimi həyatın imtahanlarından alnıaçıq, üzüağ çıxan, daxili qoşunlarda   şərəfli  hərbi xidmət yolu keçmiş, insanların (hərbi qulluqcuların) sağlamlığını  ləyaqətlə  qorumuş, savadlı  mütəxəsis və qayğıkeş  yüksək  dərəcəli   həkim Rövşən Beybudovu belə bir əlamətdar gün münasibətilə,  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri ( tibb işciləri), doğmaları, iş yoldaşları, dostları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər, Rövşən həkim qoy yaşınızın üstə gələn bu yaşda sizə sevincdolu  günlər bəxş etsin. 
Əhatəsində olan insanların, iş yoldaşlarının hörmətini qazanan, iş yoldaşlarına,  dostlarına  və yaxınlarına isti münasibətdə olan Beybudov Rövşən Aslan oğlu   1970- ci illin iyul ayının 23- də  Masallı rayonunun Təklə kəndində zəhmətkeş  bir ailədə anadan olub.
 1988 - ci ildə Bakı şəhərində  kimya - biologiya litseyni,1995 - ci ildə Azərbaycan Dövlət TİBB Üniversitetini bitrib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirməsi İnstitutunda "Sosial gigiyena və Səhiyyənin təşkili kursunda olmuş və Daxili İşlər Nazirliyinin Tibb İdarəsində keçirilən professor və müəllim heyətinin atestasiyasında  1 (birinci) dərəcəli səhiyyə təşkilatçısı adını almışdır.
   Rövşən Beybudov  2021- ci ildə Türkiyə Respublikası "Ademer Egitim, İstanbul Ayvansaray Universitetininin Kurslarına”  qatılaraq "Fitoterapiya, "Akupunktura" ,nutrisiologiya, bioloji qida vasitələri , tibet təbabəti  sahəsi üzrə " Beynəlxalq Sertifikatına" layiq görülmüşdür.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaradan Rövşən həkim 1995 - 2015 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Nərmanov, Füzuli, Binəqədi və Xətai rayonlarında yerləşən hərbi hissələrində tibb məntəqəsinin rəisi, alayın və briqadanın  tibb xidməti rəisi vəzifələrində Millətə, Dövlətə,  Vətənə  və Xalqa sədaqətlə  xidmət edib.
    2015 - ci ildən Xarici Şirkətinin Transmilli Holdinqinin "Sağlamlıq sektorunda " menecment hazırlamaq  və Almaniyanın Nano texnologiyası əsasında Tibet reseptləri ilə hazırlanmış saglamlaşdırıcı təbii məhsullar və tibbi avadanlıqların əhalinin sağlamlığı və maarifləndirilməsi sahəsində lektor, təlimçi kimi fəaliyyətinə start verib. Bununla yanaşı, Şərq-Tibet təbabəti, Akupunktura,  fitoterapiya qidalarla müalicə sahəsində fəaliyyətini artıraraq təbii yolla müalicə ilə də məşğuldur.
   Əsil vətəndaşlıq  mövqeyi və  səmərəliliyi ilə seçilən Rövşən həkim ömrünün ən məhsuldar dövrünün  35illik şərəfli xidmət yolunun 7 (yeddi) ilini tibb universitetində , 20 (iyrimi) ildən çoxunu Daxili İşlər Nazirliyiin Daxili Qoşunlarında hərbi xidmətdə,  8 (səkkiz ) ilini isə Xarici Şirkətin Transmilli Holdinqinin "Sağlamlıq sektorunda" keçirib.
   Tibb xidməti  mayoru R.Beybudov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin  Binəqədi, Xətai, Nərimanov və Füzuli rayonunlarında yerləşən hərbi
hissələrində xidmət edərkən, səmərəli fəaliyyəti ilə, işgüzarlıq və  mənəvi keyfiyyəti ilə, təşkılatçılıq bacarığı ilə, nəzəri və praktiki biliyi ilə ilə Daxili Qoşunların Komandanlığının və xidmət etdiyi hərbi hissə komandirlərinin daimi diqqət mərkəzində olmuşdur
   Tibb xidməti mayoru Rövşən Beybudov  Daxili İşlər Naziri Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin hərbi hissələrində xidmət etdiyi illər ərzində öz tabeliyində  olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi  Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin , həkim andının tələblərinin, əmr və sərəncamların dəqiq və  sözsüz  yerinə yetirilməsi işində   nümunə olmuşdur.
   O, Daxili Qoşunlara, xidmət etdiyi hərbi hissəyə və tibb xidmətinə  həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi təchizat  anbarların və inzibatı binaların  mühafizə  edilməsində, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində  və kütləv tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında,  ictimai təhlükəsizliyin təmin edilməsində,  yaşayış məntəqələrində və islah - əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının  alınmasında, qəzaların, yanğınların, bədbəxt hadisələrin, təbii fəlakətlərin və fövqəladə vəziyyətin hüquqi rejiminin təmin edilməsində, Azərbaycan Respubilkasının ərazi bütövlüyünün  təmin olunmasında üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.Rövşən həkim 44 günlük  vətən müharibəsindədə  hərbi quluqcilarmızın yanında olararaq öz köməkliyini onlardan əsirgəməmişdir.
     Ehtiyatda olan tibb xidməti mayoru Rövşən Beybudov  Daxili Qoşunların hərbi hissələrində xidmət etdiyi illər ərzində xüsusi fərqləndiyinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və xidmət etdiyi hərbi hissə komandirlərinin müvaffiq əmrləri ilə əla xidmətlərə görə  əlaçı  və yubiley nişanları ilə təltif olunub,  bir  cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona  təşəkkur elan edilib və Azərbaycan Prezidenti adından  aşağıdakı  medallarla təltif olunub:
1. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə  20   təqvim ili xidmətə görə;
2.” Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15-il təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 3 dərəcəli medal- Silahlı Qüvvələrdə   10 təqvim ili xidmətə görə;
4."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  10 illiyi ( 1991-2001)” yubiley medala; 
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  90  illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi  (1918-2013) yubiley  medalı ilə;
7.”  Böyük  Vətən müharibəsində  qələbənin 50 illiyi “  yubiley medalı ilə.

     Bundan əlavə  Rövşən həkim Müdafiə Nazirliyinin və Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi xatirə medalları və döş nişanları  ilə  təltif olunub və bir sıra  fərmanlarla və qiymətli  hədiyyələrlə   mükafatlandırlıb.
Doğum günün mübarək  olsun Rövşən həkim!
100 (yüz) yaşa, sağlam yaşa.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages